1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:28.06.2019 10:24:35

DTX rəisi və DİN rəhbərinin rütbələri artırılıb

İyunun 27-də prezident İlham Əliyev Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağı oğlu Nağıyevə general-leytenant ali hərbi rütbəsi verib.

Prezident onu bir həftə öncə, iyunun 20-də Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsinə təyin etmişdi. Buna qədər o, baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində rəis müavini işləyirdi. Rütbəsi general-mayor idi.

Prezident başqa bir sərəncamı ilə isə daxili işlər naziri Vilayət Süleyman oğlu Eyvazova general-polkovnik ali hərbi rütbəsi verib.

Vilayət Eyvazov da bu vəzifəyə iyunun 20-də təyin edilib.

Bundan öncə o, daxili işlər nazirinin birinci müavini postunu tuturdu.

Onun ali hərbi rütbəsi isə general-leytenant idi. (Turan)


Əli Nağıyevlə Vilayət Eyvazovun rütbələri artırıldı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gürcüstanda azərbaycanlı tələbə suda boğulub
    Azərbaycan vətəndaşı Gürcüstanda suda boğulub.
     24.08.2019
    Fələstində
    Dünən cümə günü də 71-ci "Geri Qayıdış" yürüşü keçirilib
     24.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ