Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:28.06.2019 17:50:34

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli sırbıst buraxılıb.

Yenilənən xəbər: Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli sırbıst buraxılıb.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) AXCP sədri Əli Kərimlinin saxlanılması ilə bağlı məlumat yayıb.

“Report”un xəbərinə görə, birgə məlumatda bildirilib ki, iyunun 28-də AXCP sədri Əli Kərimli Binəqədi rayonu ərazisində yerləşən Müsavat Partiyasının qərargahının qarşısından qanunsuz yürüş keçirilməsi barədə sosial şəbəkələrdə yaydığı çağırışla əlaqədar Binəqədi Rayon Polis İdarəsinə dəvət edilib:

“Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış ərazilərdə mitinq və qanunla müəyyən edilmiş qaydada təşkil edilməyən toplantının keçirilməsinə cəhdin “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olduğu onun nəzərinə çatdırılıb.

İctimai asayişin pozulmasına yönələn belə qanunsuz hərəkətlərin qarşısı bundan sonra da qanunvericiliklə müəyyən edilmiş qaydada alınmaqla, təşkilatçıların məsuliyyətə cəlb olunacaqları barədə “Prokurorluq haqqında” qanunun tələblərinə uyğun olaraq ona rəsmi xəbərdarlıq edilib və sərbəst buraxılıb”.

 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bu gün gündüz saatlarında polis tərəfindən saxlanılıb və Binəqədi Rayon Polis İdarəsinə aparılıb. Bu barədə Turan-a AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib.

Onun sözlərinə görə, Ə.Kərimli saat 13:00-da Müsavat Partiyasının qərargahından çıxarkən saxlanılıb. Orada "Həmrəylik marafonu"nda iştirak edib. Tədbirdə məqsəd etiraz aksiyalarında iştiraka görə cərimələnən fəalların cərimələrinin ödənilməsi üçün vəsait toplamaq olub.

Ə.Kərimli tədbirdə çıxış edib və getməyə hazırlaşarkən saxlanılıb.

"Report"un məlumatına görə, onun süni şəkildə ictimai narazılıq yaratmağa, müqavimət hərəkatı formalaşdırmağa və cəmiyyətdə mövcud olan sabitliyi pozmağa cəhd göstərdiyi bildirilir.


Əli Kərimli sərbəst buraxıldı - YENİLƏNDİ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İbrahim Rəisi: İran, Azərbaycan və Türkiyənin yaxın münasibətləri əhəmiyyət kəsb edir
    "İran İslam Respublikası, Azərbaycan və Türkiyənin yaxın münasibətləri və əməkdaşlıqları əhəmiyyət kəsb edir."
     28.11.2021
    İlham Əliyev: Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib
    "Ötən 18 il ərzində Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib. Ölkədə işsizlik təqribən 6 faiz səviyyəsindədir."
     28.11.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ