EURO 1,8701 TRY 0,2948
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:20.10.2019 22:31:20

Əli Kərimli polis əməkdaşları tərəfindən amansız rəftara məruz qalıb.

Əli Kərimli polis əməkdaşları tərəfindən amansız rəftara məruz qalıb. O, bu barədə "Osmanqızı TV" İnternet televiziyasının efirində bildirib.

Kərimlinin sözlərinə görə, onu avtobusda iki dəfə vurublar. Belə ki, AXCP liderini saçlarından tutub çəkiblər və başını avtobusun korpusuna vurublar. Və bütün bunlar videoya çəkilib. Daha sonra Kərimli Xətai rayon polis idarəsinə aparılıb və divarlarında kafel olan hamam otağını xatırladan otağa salıblar. Orada ondan videokamera qarşısında çıxış edib Azərbaycan hakimiyyətinə qarşı mübarizəyə son qoyduğunu bəyan etməyi tələb ediblər.

Kərimli imtina etdikdə onu yerə yıxıblar. Əllərini və ayaqlarını tutublar və otaqda olan şəxslərdən biri ayağı ilə boğazına o qədər qüvvətli şəkildə basıb ki, Kərimli boğulmağa başlayıb.

Zorakı əməllər bir saata yaxın davam edib, bundan sonra ona təzyiqə son qoyulub.

Daha sonra o, DİN-in hospitalına aparılıb, burada tibbi müayinədən keçirilib. Kərimliyə "ciddi problemlərin olmadığı", daxili orqanların zədələnmədiyi bildirilib, bundan sonra onu evə aparıblar.
Kərimli bildirib ki, Azərbaycanın demokratik gələcəyi uğrunda siyasi mübarizəsini davam etdirəcək və bu mübarizədə həyatından keçməyə hazırdır.

O, xalqı birliyə və birgə mübarizəyə çağırıb.(Turan)


Əli Kərimli mübarizəsində həyatından keçməyə hazırdır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Vilayət Eyvazov baş leytenantı rəis təyin etdi
    Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Qazax rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə yeni rəis təyin edilib.
     14.11.2019
    Bakıda ictimai asayişi pozan şəxsləri vətəndaşlar belə döydü - YENİ VİDEO
    Noyabrın 12-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yolu bağlayaraq qadınları təhqir edən şəxsin yeni görüntüləri yayılıb.
     14.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ