1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:05.12.2017 17:35:00

Əli Həsənovun nəvəsi danışdı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin məhkəməsi keçirilir.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əhməd Quliyevin icraatında olan prosesdə hadisə zamanı N.Allahverdiyevlə ötüşən “Mazda”nın sürücüsü “Maqa” ləqəbli Mirməhəmməd İsmayılov ifadə verib.

O deyib ki, haqqında deyilənlər yalandır: “Uzun müddət idi Naillə bir-birimizi görmürdük. Həmin gün də görüşmək üçün razılaşdıq. Mərdəkanda görüşdük, axşam da hərə öz maşınında evə qayıdırdı. Mən Nailin arxasıyca gedirdim, o qəfildən sürəti artırdı. Nailə zəng etdim, cavab vermədi. Mən həmin yerə çatanda artıq hadisə olmuşdu”.

Daha sonra N.Allahverdiyev ifadə verib. O, maşını yüksək sürətlə sürməsinin səbəbini də açıqlayıb: “Biz gələndə yolda Mehdinin səhhəti pisləşdi, onun ürəyi ağrıyırdı. Mən onu təcili xəstəxanaya çatdırmaq üçün sürətli sürməyə başladım. Sonra da hadisə oldu. Mən də adi vətəndaşam, hadisə yerindən də qaçmamışam, ədalətli qərar verilməsini gözləyirəm”.

Mərhum M.Əliyevin həyat yoldaşı Ülviyyə Əliyeva da ifadə verərək şikayətçi olmadığını deyib: “Mehdi ilə Nail dost idi. Mən əminəm ki, maşını Mehdi sürsə idi və belə hadisə Nailin başına gəlsəydi, onun da ailəsi şikayətçi olmazdı”.

Qəza zamanı vəfat edən Vaqif Əsədovun oğlu Ramiz Əsədov da şikayətçi olmadığını deyib: “Atam hər gün o yolla həmin vaxt işdən gəlirdi. Hadisə günü isə evə gəlmədi. Polis İdarəsinə getdim, bir kişi meyiti göstərdilər. Gördüm ki, atamdır”.

N.Allahverdiyevin vəkilləri təkrar avtotexniki ekspertizanın keçirilməsi üçün vəsatət veriblər.

Məhkəmə prosesi dekabrın 11-də davam etdiriləcək.


Əli Həsənovun nəvəsi danışdı - “Ona görə sürətli sürürdüm ki...”

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda
    Dələduzluq yolu ilə insanları aldadan, bununla da zərərçəkənlərin külli miqdarda pulunu mənimsəyən şəxsin tutulması istiqamətində polis əməkdaşları tərəfindən növbəti əməliyyat tədbiri həyata keçirib.
     15.12.2017
    Proses dekabrın 22-də davam etdiriləcək
     15.12.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ