EURO 1,8883 TRY 0,2957
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. KRİMİNAL

Kateqoriya : XƏBƏRLƏR

KRİMİNAL

Yayınlanma tarixi:15.10.2019 11:12:53

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları “Bala Tofiq” ləqəbli leş ət satan dələduzu ifşa edib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları “Bala Tofiq” ləqəbli leş ət satan dələduzu ifşa edib.

Agentliyə daxil olan məlumat əsasında Bərdə rayonu Alaçadırlı kəndində məskunlaşmış Laçın rayonu Soyuqbulaq kənd sakini, “Bala Tofiq” ləqəbli, 1975-ci il təvəllüdlü Qurbanov Tofiq İbrahim oğluna məxsus həyətyanı sahəyə baxış keçirilib.

Baxış zamanı vətandaşa məxsus həyətyanı sahədə mənşəyi məlum olmayan, insan istehlakı üçün istifadəyə yarasız və sümükdən ayırılmış vəziyyətdə satış üçün hazırlanmış təxmini çəkisi 255 kq ət aşkar edilib. Heyvan cəmdəklərinə orqanoleptik baxış keçirilən zaman heyvanların qansızlaşdırılmasının düzgün aparılmadığı, ətin kəskin iyli olduğu məlum olub.

 Heyvan cəmdəklərindən nümunələr götürülərək ekspertizadan keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib. Hazırda faktla bağlı araşdırma davam etdirilir.

Leş ət satan “Bala Tofiq” ələ keçdi - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Yusif Məmmədov peşakar rinqdə Asiya çempionunu məğlub etdi - VİDEO
    Yusif Məmmədov peşəkar döyüş rinqlərində ölkəmizi təmsil etməkdədir.
     07.12.2019
    Azərbaycan nefti bahalaşmaqda davam edir
    Azərbaycan neftinin bu günə olan qiyməti haqqında məlumat.
     07.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ