EURO 1,9635 NEFT 80,87
USD 1,7 RUB 0,0257
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:08.02.2018 17:23:15

Bu gün Bakı Apelyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin sabiq rəisi Vüsal Ələkbərov barəsində çıxarılmış hökmdən verilmiş apelyasiya şikayətinə baxılıb.

Hakim Qədim Babayevin sədrliyi ilə baş tutan prosesdə məlum olub ki, təqsirləndirilən şəxs Vüsal Ələkbərov məhkəməyə gətirilməyib.

Məlum olub ki, Bakı İstintaq Təcridxanasında Vüsal Ələkbərovun səhhəti pisləşib və bu səbəbdən onun məhkəməyə gətirilməsi mümkün olmayıb. Hakim növbəti iclası fevralın 15-ə təyin edib.

Məhkəmənin hökmü ilə V.Ələkbərovun hərbi rütbəsi alınmaqla 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə görə V.Ələkbərovun əmlakı müsadirə edilərək zərərçəkmişə verilib.

Hökmə əsasən həmçinin sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun və həmin nazirliyin baş istintaq idarəsinin rəisi olmuş Mövlan Şıxəliyevin barəsində cinayət işinin başlanması barədə xüsusi qərardad çıxarılıb və həmin qərarın surəti icra olunması üçün adiyyatı üzrə prokurorluğa göndəriləcək.

Xatırladaq ki, prokuror V.Ələkbərovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini və onun hərbi rütbədən məhrum edilməsi barədə qərar qəbul edilməsini istəmişdi.

İttihama görə, V.Ələkbərov Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 294.3-cü (sübutları saxtalaşdırma, ağır və ya xüsusilə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları saxtalaşdırma, habelə digər işlər üzrə sübutların saxtalaşdırılması ağır nəticələrə səbəb olma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham edilir.

İttihama əsasən, təqsirləndirilən şəxs iş adamlarını MTN-ə gətirib, hədə-qorxu yolu ilə onların külli miqdarda pulunu ələ keçirib.

Qeyd edək ki, həbsdə olan V.Ələkbərova məxsus olan və həyat yoldaşı Şəhla Ələkbərovanın adına rəsmiləşdirilmiş Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 0,18 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 164, mənzil 42 ünvanında yerləşən mənzilin üzərinə həbs qoyulub. Üzərinə həbs qoyulan əmlakların ümumi dəyəri 1.277.000 manat dəyərində hesablanıb.(trend)


Ləğv edilmiş MTN-nin sabiq polkovniki Vüsal Ələkbərovun səhhəti pisləşdi - Kürdəxanıda...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda əhalinin sağlamlığını təhlükəyə atan 6 nəfər həbs edildi
    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluğun Mətbuat xidmətləri birgə məlumat yayıb.
     16.10.2018
    Xatəmi: İran uydurma nüvə böhranında xoş niyyətini göstərdi
    Xatəmi İranın uydurma nüvə böhranında yaxşı niyyətini və beynəlxalq səviyyədə üzərinə məsuliyyət götürə bildiyini göstərdiyini bildirib.
     16.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ