EURO 1,9369 NEFT 62,38
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. TƏHLİL

Kateqoriya : TƏHLİL

Yayınlanma tarixi:15.12.2018 17:58:08

İslam dünyasının "qatil" adlandırdığı Ariel Şaron İranla mübarizədə Mossada sərhədsiz səlahiyyət vermişdi...

İslamazeri.com xəbər verir ki, Fransanın tanınmış qəzeti - "Le Fiqaro" İsrailin xüsusi xidmət orqanı "Mossad" və İran xüsusi xidmət orqanlarının müharibəsi və İranın əfsanəvi generalı Qasim Süleymani haqqında fikirlər qeyd edilən "Casusluq - Mossadın yeni müharibələri" adlı təhlil yazı yayımlayıb.

Vensan Nuziy adlı yazar Mossadın Benyamin Netanyahu ilə dil tapmadığından, baş nazirlik postuna gələr-gəlməz Netanyahunun bu posta özünə yaxın birini gətirdiyini xatırladır. Mossadı güclü xüsusi xidmət orqanlarından biri adlandıran yazar Netanyahunun bu addımı, İranla gizli və amansız müharibə aparması üçün atdığını qeyd edir.

Mossadın rəhbəri - "Playboy modeli" kimi...

"Uosi Koen Mossadın veteranı, 30 il addım-addım irəliləyərək, Mossadın direktor müavini vəzifəsinə təyin edilir. O zaman "Y" kod adlı Koen Netanyahunun milli təhlükəsizlik üzrə müşaviri postuna gətirilir.", - qeyd edən fransalı yazar Koeni "Playboy modeli" adlandıraraq, onun zahiri görkəminə diqqət ayırdığını da qeyd edib.

"Bu 50 yaşlı Koen ərəb və fransız dillərində danışa bilir və dini inancına görə də, ortodoks yəhudiliyinə bağlıdır.", - deyə qəzet əlavə edir.

"İsrailin müharibə tarixi" kitabının müəllifi, Fransanın kəşfiyyat sahəsində Mərkəzin analitiki Devid Elkaym Netanyahunun işlərinin asan olmasını Koenlə yaxınlığı ilə əlaqələndirir - qəzet yazır.

Gizli müharibə

Le Fiqaro yazır ki, 2002-ci ildən İsrail xüsusi xidmət orqanı İranda gizli müharibə şəraitindədir. İslam dünyasının "qatil" adlandırdığı Ariel Şaron İranla mübarizədə Mossada sərhədsiz səlahiyyət verdiyini də qəzet xatırladır.

Vensan Nuziyin sözlərinə görə, 2004-cü ildə Mossadın İrana qarşı kiberhücum əməliyyatlarına başçılıq edib. Stuxnet virusunun İranın nüvə obyektlərinin kompüterlərinə göndərildiyini və buna görə, nüvə fəaliyyətinin təxirə düşdüyünü də fransalı yazar iddia edir. (İran trəfi ABŞ-ın kibercinayətdə ittiham etsədə, bunu nüvə obyektləri deyil, digər sənayələrə qarşı istifadə etdiyini bildirmişdi. Çünki nüvə obyektlərində internet yox idi)

Le Fiqaro Netanyahunun İranın gizli sənədlərini oğurlamasıyla bağlı bir sıra sənədləri nümayiş etdirməsinə də toxunaraq, bunu bir uğur adlandırır. (Qeyd: İran bu açıqlamaları cəfəngiyyat adlandırmış və sənədlər toplusunun yalanlarla dolu cızma-qaradan ibarət lazımsız kağızlar adlandırmışdı. Hərbi və kəşfiyyat ekspertləri bu qədər gizli sənədi düşmən tərəfin ələ keçirməsini ciddi qəbul etməmişdilər).

Tehranın hərəkət edən gücü

Fransuz yazar İran tərəfi haqqında da məqaləsində yer verib. 

"Təbii bu müharibədə iranlılar sakit oturmurlar. İranın Kəşfiyyat nazirliyi və xüsusi əks-kəşfiyyat qurumu, həmçinin "Orxab-2" adlı nüvə fəaliyyətinin təhlükəsizliyini qoruyan qurum hər an "Mossad" agentlərini izlədiyir.", -deyə məqalə müəllifi İranla bağlı fikirlərinə belə başlayır.

Xaricdəki bütün gizli əməliyyatların Pasdaranın (İnqilab Keşikçilər Korpusu) "Qüds" briqadası tərəfindən həyata keçirildiyini qeyd edən Le Fiqaro yazarı bu qurumların İranın ən güclü tərəfi olduğunu bildirir.

"Bir neçə minlik şəxsi heyəti olan bu xüsusi təyinatlı briqadaya özünün dəmir əli ilə general Qasim Süleymani rəhbərlik edir. Bu şahin - Ali Rəhbər (Ayətullah) Əli Xameneiyə yaxınlığı ilə tanınır.", -qeyd edən Vensan Nuziy Şamda Mossad snayperinin Süleymanini nişanda saxladığını iddia edərək, sui-qəsdə ABŞ CİA-sının mane olduğunu bildirir (Bu xəbərlər daha əvvəllər səslənsə də, faktlar olmayan iddianın qəbeuleilməzliyi və Mossadın digər qətllərilə uyğun olmadığına görə, qeyri-ciddi qəbul edilmişdi. Mossad heç bir zaman bu cür düşməninə aman verməzdi...)

Qəzet yazır ki, Süleymani Livanda "Hizbullah", Fələstində "İslami Cihad" və HƏMAS kimi İsrail düşmənlərinə silah göndərilməsini təşkil edir. Müəllif davam edir ki, Süleymani "Hizbullah" və rusların dəstəyilə Suriyada üsyançı-islamçılarla(red: İŞİD və "Nusra" kimi terror qruplaşmalarını üsyançı adlandırır) və Əsədin düşmənlərilə müharibə aparıb. 

Gözdağı...

"O, döyüş sahələrində qorxmadan-gizlənmədən iştirak edir - Tehranın hərəkət edən gücüdür", - qəzet israilli hərbi ekspertin bu fikirlərini də məqaləsinə əlavə edərək Süleymaninin İran hərbi bazalarının Suriyanın cənubunda qərar tutmasına müvəffəq olmasını və bu bazaların İsrail işğalında olan Qolan təpəciklərinə bir neçə km məsafə ilə salındığını və bunun Netanyahu və Mossad üçün gözdağı olduğunu bildirib.

Sizin üçün MARAQLI OLA BİLƏR - Kitab yazıldı; "...İsrail tərəfindən həyata keçirilən gizli sui-qəsdlərin hekayəsi" - ƏTRAFLI


Le Fiqaro Mossad rəhbəri və General Süleymanidən yazdı - ƏTRAFLI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İranın tamamilə yerli olan radarı xidmətə başlayıb
    İranlı mütəxəssislərin dizayn və istehsalını reallaşdırdıqları İranın daha bir yeni radar sistemi ölkənin cənub-şərqində xidmətə başlayıb.
     20.01.2019
    Qubad İbadoğlu: İdarəetmədə struktur islahatlar üçün konsepsiya olmalıdır - VİDEO
    "Bu, son nəticədə Azərbaycanın Qafqazda regionun lideri, iqtisadi qüdrətli dövləti mövqeyinin əldən verilməsinə gətirib çıxaracaq."
     20.01.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ