1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:26.01.2019 00:13:08

Rus nazir həmçinin, Rusiyanın Venesuelanın milli maraqlarını qorumaq adına bütün məsul dövlətlərlə birlikdə işləməyə hazır olduğunu vurğulayıb.

Rusiya xarici işlər naziri Sergey Lavrov Əlcəzairdə həmkarı Əbdülqadir Məssahəl ilə keçirdiyi birgə mətbuat konfransında Venesueladakı son vəziyyəti qiymətləndirib.

İslamazeri.com xəbər verir ki, Venesuela Milli Məclisinin sədri Xuan Quadionun özünü müvəqqəti prezident elan etməsilə baş verən prosesləri "suveren bir dövlətin daxili işlərinə kobud müdaxilə" kimi dəyərləndirən Lavrov, "fiziki olaraq məhv edilməsi də daxil" Venesuela dövlət başçısı Nikola Maduronu iqtidardan endirmək üçün birdən çox cəhd edildiyini xatırladıb.

Lavrov ABŞ və bəzi ölkələrin özünü müvəqqəti prezident elan edən rəhbərliyi tanıdığını xatırladaraq, ABŞ-ın öz seçkilərinə kənardan müdaxilə edildiyi ittihamları edərkən, özünün digər millətlərin daxili işlərinə qarışdığını bildirib.

XİN rəhbəri "Bu tanıma, Venesuelanın daxili işlərinin ciddi şəkildə stabilliyinin pozulması və xaosla dolu süni bir güc yaradılmasında ABŞ və digər bəzi ölkələrin müdaxiləsi olduğu mənasına gəlir",- deyib.

Rus nazir həmçinin, Rusiyanın Venesuelanın milli maraqlarını qorumaq adına bütün məsul dövlətlərlə birlikdə işləməyə hazır olduğunu vurğulayıb.


Lavrov: “ABŞ açıq şəkildə Venesuelaya müdaxilə edir”

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İran prezident seçkilərində iştirak edəcək namizədlər
    İran Daxili İşlər Nazirliyinin mətbuat-xidmətinin məlumatına əsasən, namizədlər aşağıdakı şəxslərdir:
     25.05.2021
    Xüsusi karantin rejimi yumşaldılır - TAM SİYAHI
    Nazirlər Kabineti yanında Operativ Qərargah bu gün keçirilən brifinqində xüsusi karantin rejiminin yumşaldılması ilə bağlı bir sıra qərarlarını açlıqadı.
     25.05.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ