EURO 1,9105 TRY 0,2917
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:12.02.2019 02:24:37

Latviya hökuməti Azərbaycan vətəndaşları üçün bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə təqaüd proqramı elan edib.

Latviya hökuməti Azərbaycan vətəndaşları üçün bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə təqaüd proqramı elan edib.

Təhsil Nazirliyindən İslamazeri.com-a verilən məlumata görə, proqram Azərbaycan və Latviya hökumətləri arasında təhsil sahəsində əməkdaşlığa dair sazişə əsasən elan olunub.

Müsabiqədə iştirak etmək istəyən Azərbaycan vətəndaşları aprelin 1-nə kimi https://scholarships.viaa.gov.lv/en/login keçidi vasitəsilə Latviya hökuməti, aprelin 5-dək isə https://www.app.htp.edu.az/ keçidində Təhsil Nazirliyi tərəfindən təqdim olunan elektron ərizə sistemlərini doldurub təsdiqləməlidirlər.

Proqram çərçivəsində bakalavriat və magistratura təhsil səviyyələri üzrə aylıq 500 avro, doktorantura təhsil səviyyəsi üzrə aylıq 670 avro təqaüd Latviya hökuməti tərəfindən ödəniləcək. Səyahət və sığorta xərcləri isə namizədlərin özləri tərəfindən qarşılanacaq.

Namizədlərin müraciətləri araşdırıldıqdan sonra yekun qərar Latviya Dövlət Təhsil İnkişaf Agentliyi tərəfindən veriləcək.

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış olmaq mümkündür.


Latviya hökuməti azərbaycanlılar üçün təqaüd proqramı elan edib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Siqaret çəkənlər cərimələnəcək - Yol Polisindən XƏBƏRDARLIQ
    Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) tütündən istifadə edən sürücülərə xəbərdarlıq edib.
     20.04.2019
    Səmavi kitabların Azərbaycan dilində yazılış qaydası müəyyənləşib
    Nazirlər Kabinetinin təsdiqlədiyi Azərbaycan dilinin Orfoqrafiya Normalarına əsasən, səmavi kitabların və fəza cisimlərinin yazılış qaydası müəyyənləşib.
     20.04.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ