EURO 1,9271 TRY 0,3119
USD 1,7 RUB 0,0263
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:03.03.2019 16:52:51

"Ermənilərin Xocalının məzlum əhalisinin qətliam etdiyi gün biz Ermənistanın amerikalı baş naziri üçün soyuq pepsi açmamalıyıq ki, o da Ararat idman salonunda ermənilərin qarşısında Qarabağın haqsız olaraq işğalını Ermənistanın haqqı adlandırmağa cürət etməsin"

İslamazeri.com "qafqaz.ir"ə istinadən xəbər verir ki, bu sözləri İslami Şura Məclisi sədri Əli Laricaninin milli təhlükəsizlik məsələləri üzrə müşaviri, keçmiş deputat Mənsur Həqiqətpur İran XİN-ə yazdığı açıq məktubda qeyd edib.

İslami Şura Məclisi sədri Əli Laricaninin milli təhlükəsizlik məsələləri üzrə müşaviri, keçmiş deputat Mənsur Həqiqətpur Ermənistan baş nazirinin İrana səfəri, Qarabağla bağlı bir sıra xoşagəlməz və təhrikedici addımlarının ardınca İran Xarici İşlər Nazirliyinə açıq məktub yazıb.

Məktubda deyilir:

Xarici İşlər Nazirliyindəki əziz dostlar!

Bilirik ki, qonşu ölkələrlə münasibətləri genişləndirmək İran İslam Respublikasının öndə dayanan məsələlərindəndir və bu istiqamətdə təlaş edin, təlaşlarınız təqdirəlayiqdir.

Bu işdə bir ölkə ilə əməkdaşlığı genişləndirmək həmin sahədə bir sıra məsələlərə riayət etməklə yanaşı olmalıdır. Bəzən iki qonşu ölkə arasında qara münasibətlər mövcuddur. Ağıl hökm edir ki, biz münasibətlərimizi genişləndirdikdə xalqın rəyini də nəzərə alaq. Məsələn ermənilərin Qarabağı işğal etməsinə görə, Ermənistan və Azərbaycan ölkələri arasında qara münasibətlər mövcuddur. Digər tərəfdən də ağlın hökmünə əsasən, hər iki ölkə ilə milli maraqlar üzərində münasibətlərimizi genişləndirməliyik. Belə nəzər gəlir ki, Xarici İşlər Nazirliyində çalışan mütəxəssislər və əlhəmdulillah, siyasəti bacaranlar, bir qədər səliqəli olmalıdır. Əgər Amerikanın seçdiyi bir baş nazir (Paşinyan) İrana səfər edəcəksə, bu səfər nə üçün Xocalının məzlum əhalisinin qətliamı ildönümü günündə baş tutmalıdır? Halbuki, qətliamın ildönümü günü Azərbaycan Respublikası xalqı qara geyinmişdir və matəm içindədir. İl uzunu onun İrana səfəri üçün digər münasib bir gün yox idimi?!

Əlbəttə, vaqifik ki, ötən illərdə erməni lobbisi İran Xarici İşlər Nazirliyində çoxlu təxribatlar törətmişdi. Ermənilərin Xocalının məzlum əhalisinin qətliam etdiyi gün biz Ermənistanın amerikalı baş naziri üçün soyuq pepsi açmamalıyıq ki, o da Ararat idman salonunda ermənilərin qarşısında Qarabağın haqsız olaraq işğalını Ermənistanın haqqı adlandırmağa cürət etməsin və deməsin: Qarabağ Ermənistanın ərazisidir. Əlbəttə, bu yersiz iddiadır və sözsüz, Qarabağ İslam və Azərbaycanın torpağıdır və Azərbaycan müsəlmanlarının əli ilə azad olacaq." Mənbə


Laricaninin müşaviri İran XİN-ə: Ermənistanın amerikalı baş nazirinə soyuq pepsi açmamalıyıq ki, cürət tapmasın...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ərdoğan: İstanbul heç vaxt Konstantinopol olmayacaq!
    “Türkiyə xalqı daim bu torpaqlarda yaşayacaq."
     18.03.2019
    “Foreign Policy”: ABŞ İranın kosmos inkişafından narahatdır
    ABŞ-da dərc olunan "Foreign Policy" jurnalı ABŞ rəhbərliyinin İranın kosmos və kiber elmlərində irəliləməsindən narahat olduğunu yazıb.
     18.03.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ