1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:06.02.2019 01:40:41

İran İslami Şura Məclisinin başçısı Əli Laricani İran xalqının hegemon əleyhdarlığının regiondakı bütün diktatorları sarsıtdığını bildirib.

İran İslami Şura Məclisinin başçısı Əli Laricani İran xalqının hegemon əleyhdarlığının regiondakı bütün diktatorları sarsıtdığını bildirib.

İslamazeri.com xəbər verir ki, çərşənbə axşamı günü məclis baş assambleyasının sessiyasının açılışında danışan Əli Laricani, qlobal hegemonluq və sionizmin məkrli siyasətlərinin, müharibə və təxribat söykəmələrinə baxmayaraq İran İslam Respublikası nizamının qırx ildir ki, başı dik yoluna davam etdiyini və bu gün regionda daha da təsirli rol ifa etdiyini bildirib.

Spiker İran xalqının hegemon əleyhdarlığının regiondakı bütün diktatorları sarsıtdığını və bu səbəbdən, bu qrupun inqilabın ən başından bu yana İran xalqına qarşı birlik olduqlarını qeyd edib.

Laricani İran İslam inqilabının xarici siyasət sahəsində ölkənin təhlükəsizliyi, milli maraqları və müstəqilliyini qorumağa və İslam ölkələri ilə əməkdaşlığa üstünlük verdiyini qeyd edib.

İslami Şura Məclisi sədri həmçinin düşmənlərin İran İslam Respublikası nizamına qarşı təxribatlarına işarə ilə, İslami nizamın düşmənlərə qarşı müqaviməti ilə onlara bir daha ölkəyə yan gözlə baxmamaları şəkildə bir dərs verdiyini vurğulayıb.


Laricani: İranın hegemon əleyhdarlığı region diktatorlarını sarsıtdı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan Ordusunun genişmiqyaslı təlimi keçiriləcək
    Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi plana əsasən noyabrın 12-də Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi başlayacaq.
     11.11.2019
    Gürcüstanda 100 obyekt özəlləşdirilməyə çıxarılacaq
    Gürcüstanda bu ay ərzində 100 obyekt özəlləşdirilməyə çıxarılacaq.
     11.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ