Əl-Əzhərin Şeyxi Quranın müsəlmanların güc mənbəyi olduğunu bildirərək deyib: "Qərbin bu müqəddəs kitaba hücumunun səbəbi İslam ümmətini zəiflətməkdir".

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, Əl-Əzhərin Şeyxi Əhməd Ət-Tayyib, deyib:
"Əsra və meracı inkar edən hər kəs bizə izah edilməlidir ki, Qurani-Kərimdə adı keçən "sidratül-muntəha" dünyanın harasındadır və yer üzündə haradadır? Əks halda Qurani-Kərimdə bu söz mənasız qalacaq.
O, bildirib ki, Qurani-Kərimin hədəf alınması məlum səbəblər və məqsədlərlə həyata keçirilir ki, bu da siyasi partiyaların həmin proqramlarla bağlılığını göstərir.
O, niyə yalnız Quran hədəf alınır sualının cavabında belə deyib: "Bunun səbəbləri aydındır, bu hərəkətin məqsədi və bunu edənlər məlumdur".
Ət-Tayyib, Qərbin Şərqi və ərəb dünyasını zəiflətmək üçün Qurani-Kərimi hədəf almağa maliyyə dəstəyi verdiyini vurğulayaraq bildirib: "Qərb yaxşı bilir ki, Quran müsəlmanlar üçün bir güc mənbəyidir və onlar tarixi daha böyük anlayışla oxuyurlar. Siyasi partiyalar da müsəlmanların güc mənbələrinə zərbə endirmək planları çəkirlər".
Əl-Əzhər Şeyxi: "Qərb İslam ümmətini zəiflətməyə çalışır"