EURO 1,8924 TRY 0,2901
USD 1,7 RUB 0,0276
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:24.06.2019 10:23:10

“İslam dinində nigah hər iki tərəfin, məxsusən də gənc qadının razılığına əsaslanır"

İslamazeri.com-un “The Guardian”-a istinadən verdiyi xəbərə əsasən verdiyi xəbərə əsasən, Misirin “əl-Əzhar” universiteti müsəlman aləmində minimal evlilik yaşını tənzimləyən fətva verib.

Universitetin Baş imamının müavini gənc yaşda evliliklərə həsr edilmiş Afrika sammitində sənədi təqdim edib.

“İslam dinində nigah hər iki tərəfin, məxsusən də gənc qadının razılığına əsaslanır. Bu cür razılıq gənc qadının yetkinlik yaşına və sağlam düşüncəliyə çatmasını tələb edir ki, onun razılığı qanuni ola bilsin”, - deyə fətvada qeyd edilir.

Fitvada həmçinin bildirilir ki, söhbət 18 yaşdan gedir.

Gənc yaşda evliliklərin qadağan edilməsinə Qambiyadan olan hüquq-müdafiəçisi Cahi Dukurenin fəaliyyəti səbəb oldu. Xanım Dukure şəxsi acı təcrübəsi ilə Afrikadakı tez nigah problemləri barədə hər şeydən xəbərdardır.

Afrikada Böyük Səhradan cənubda yaşayan qızların 40 faizi 18 yaşdan əvvəl ərə gedirlər ki, bu da onlarda sağlamlıq və doğum ilə bağlı çətinliklərə səbəb olur. Hüquq-müdafiəçiləri ümid edirlər ki, əl-Əzharın dini-hüquqi qərarı bu halla mübarizədə yardımçı olacaq.


Əl-Əzhar fətva ilə 18 yaşadək evliliyi qadağan etdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • 20 YANVAR faciəsindən 30 il keçir
    Bu gün Azərbaycanda 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd olunur.
     20.01.2020
    Məzahir Pənahovla Gülağa Aslanlı arasında gərginlik
    Müzakirə əsnasında G. Aslanlı ilə MSK sədri Məzahir Pənahov arasında gərginlik yaşanıb.
     20.01.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ