Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:8.01.2021 13:54:16

2011-ci ildə İndoneziyada 15 il həbs cəzasına məhkum edilən “Əl-Qaidə”yə bağlı “Cəmaə İslamiyə” təşkilatının dini rəhbəri Əbu Bəkr Bəşir vaxtından əvvəl azadlığa buraxılıb.

İslamazeri.com Az.shafaqna.com-a istinadla xəbər verir ki, o, cümə günü sübh namazından dərhal sonra Yava adasındakı “Qununq Sindur” həbsxanasından azad edilib. Onun belə erkən saatlarda zindandan buraxılmasına səbəb isə Bəşirin tərəfdarlarının kütləvi qarşılanma mərasimi keçirməsinə mane olmaqdır.

82 yaşlı Əbu Bəkr Bəşir İndoneziyanın Açex əyalətində terrorçuların təlim düşərgələrinin yaradılmasına göstərdiyi dəstəyə görə məhkum edilmişdi. Həmçinin o, 2002-ci ildə Bali adasında təşkil edilən silsilə partlayışların “mənəvi atası” hesab olunur. “Cəmaə İslamiyə” təşkilatının həyata keçirdiyi sözügedən terror aktları zamanı 200-dən çox insan həlak olmuşdu.

Ekspertlərin rəyinə əsasən, 82 yaşlı Bəşirin əqidəsində həbsxanada keçirdiyi illər ərzində heç bir dəyişiklik baş verməyib. Onlar bildirirlər ki, azadlığa çıxdıqdan sonra o, yenə də təkfirçilik ideologiyasını yaymağa davam edəcək.


Əl-Qaidənin İndoneziya qolunun rəhbəri həbsdən azad olundu

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Tokayev:
    "Bizə Qazaxıstan vətəndaşlarının istək və maraqlarına cavab verən real islahatlar lazımdır".
     21.01.2022
    Milli Məclisin Aqrar siyasət komitəsinin cari ilin yaz sessiyasında ilk iclası keçirilib
    Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev 2021-ci ilin payız sessiyası ərzində komitədə görülən işlərin hesabatını təqdim edib.
     21.01.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ