Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. KRİMİNAL

Kateqoriya : XƏBƏRLƏR

KRİMİNAL

Yayınlanma tarixi:22.10.2021 17:35:24

Ceyhun Cəfərov vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma maddələri ilə ittiham edilirdi.

İslamazeri.com xəbər verir ki, bu gün oktyabrın 22-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Ceyhun Cəfərov 8 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı keçmiş icra başçısının 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə  isə C.Cəfərovu təqsirli bilərək ona 8 il 6 ay həbs cəzası verib. O, həmçinin, 2 il 6 ay  müddətinə dövlət və yerli idarəetmə orqanlarında vəzifə tuta bilməz.

Həmin cinayət işi üzrə təqsirləndirilən başqa şəxslərə isə müxtəlif müddətlərdə cəzalar verilib.

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı C.Cəfərov ötən il Baş prokurorluğun əməkdaşları tərəfindən həbs edilmişdi və vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma (o cümlədən mütəşəkkil qrup şəklində, dəfələrlə və xüsusilə iri məbləğlərdə) maddələri ilə ittiham olunurdu. O, ittihamları qəbul etmirdi.

C.Cəfərov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı (2014-2020) olmazdan əvvəl də 3 il Tərtər rayonunda eyni vəzifəni tutub. 


Kürdəmirin keçmiş İcra Başçısının məhkəməsi keçirilib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Keşiş Roma Papasına: Tövbə etməlisən...
    Xatırladaq ki, Roma Papası şənbə günü Yunanıstana gəlib və səfər 3 gün davam edəcək.
     5.12.2021
    Azərbaycanın gimnastika komandası Avropa çempionatında 5-ci oldu
    Portuqaliyanın Gimaraynş şəhərində “TeamGym” üzrə Avropa çempionatı başa çatıb.
     5.12.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ