Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:14.01.2022 10:52:17

Ermənistan və Tacikistandan olan KTMT sülhməramlıları Rusiya Aerokosmik Qüvvələrinin hərbi-nəqliyyat aviasiyasının dörd təyyarəsi ilə Qazaxıstanı tərk ediblər.

İslamazeri.com "Sputnik Azərbaycan"-a istinadən xəbər verir ki, İl-76 təyyarələri Almatı hava limanından havaya qalxıb.

Ermənistandan olan hərbçilər üç təyyarə ilə, Tacikistan hərbçiləri isə bir təyyarə ilə havaya qalxıblar. Belə ki, Tacikistan sülhməramlıları Qazaxıstana özləri ilə hərbi texnika aparmayıblar.
Təyyarədə Tacikistandan olan hərbçilərlə birlikdə Qazaxıstan Quru Qoşunları Hərbi İnstitutunun 31 nəfərlik kursant qrupu da var. Onlar tətil üçün evlərinə gedib.
Qeyd edək ki, KTMT əməliyyatının qərargahı da həmin təhsil ocağında yerləşirdi.
Elə bu gün səhər Qırğızıstan silahlı qüvvələrinin bölmələri də evlərinə getdilər. Lakin onlar təyyarələrlə deyil, yerüstü nəqliyyatla yola düşüblər.
KTMT-nin Qazaxıstanda keçirilən sülhməramlı əməliyyatında Rusiya, Belarus, Ermənistan, Qırğızıstan və Tacikistan kontingentləri iştirak edib.
Qeyd edək ki, dünən axşam saatlartında Qazaxıstanda sülhməramlı missiyanı yerinə yetirən Rusiya desantçıları da öz daimi bölmələrinə qayıtmağa başlayıblar.
“Rusiya Aerokosmik Qüvvələrinin hərbi-nəqliyyat aviasiyasının dörd İl-76md təyyarəsilə KTMT-nin kollektiv sülhməramlı qüvvələri tərkibində olan və Qazaxıstan Respublikasında sosial əhəmiyyətli obyektlərin mühafizəsi üzrə tapşırıqları yerinə yetirən Rusiya desantlarının ilk bölmələri daimi xidmət yerinə qaytarılıb”, - deyə Rusiya MN-nin məlumatında bildirilir.
Xatırladaq ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də KTMT sülhməramlı kontingentinin ölkədən sabah çıxarılacağını demişdi. O, sülhməramlıların missiyasını çox uğurlu kimi qiymətləndirib və görülən işlərə görə kontingentin komandanlığına minnətdarlığını bildirib.
Yanvarın ilk günlərində qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib.
Prezident Kasım-Jomart Tokayev yanvarın 5-də ölkədə kütləvi etirazlarla əlaqədar əhaliyə müraciət edib.
BMT-nin məlumatına görə, iğtişaşlar zamanı minə yaxın insan yaralanıb. DİN 18 güc strukturu əıməkdaşının həlak olduğunu, ümumilikdə 4 mindən çox şəxsin saxlanıldığını bildirib.

KTMT sülhməramlıları Qazaxıstanı tərk edib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Buraxılış imtahanlarının vaxtı açıqlandı
    Dövlət İmtahan Mərkəzi tam (11 illik) və ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının vaxtını açıqlayıb.
     24.01.2022
    DİM-dən informatika fənni üzrə imtahan modeli ilə bağlı YENİ QƏRAR
    Dövlət İmtahan Mərkəzi (DİM) informatika fənni üzrə imtahan modeli ilə bağlı yeni qərar verib.
     24.01.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ