EURO 2,0083 TRY 0,2315
USD 1,7 RUB 0,0233
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:24.07.2020 12:41:34

Kral-da cümə günü Qurbanlıqdan danışıldı, şəhidlərimiz yad olunu

İslamazeri.com xəbər verir ki, İlahiyyatçı-din xadimi, QMİ-nin səlahiyyətli nümayəndəsi, Professor Dr. Hacı Surxay Məmmədli, həmçinin ilahiyyatçı-din xadimi Hacı Eldayaq Hüseynov “Kral” şirkətinin əməkdaşları ilə növbəti "cümə söhbəti"ndə iştirak edib.

Pandemiya dövrünün qaydalarına uyğun şəkildə təşkil olunan görüşdə fikirlərini bölüşən Hacı Surxay Məmmədli Qurbanlıq tarixindən qısa məlumat verərək İbrahim (ə) və İsmayıl (ə) arasında olan dialoqa diqqət çəkərək, Peyğəmbərin (s) Allah yolunda oğlundan keçə bilməsi, həmçinin qurban verməyə hazır olmasından danışıb.

Allah yolunda Vətənlərinin azad edilməsi uğrunda, düşmənə qarşı döyüşlərdə həyatından keçən şəxslərin şəhid olduğunu qeyd edən ilahiyyatçı "İyul döyüşlərində" şəhadət şərbəti içənlərə, özlərini qurban verənlərə Allahın böyük məqam verdiyini bildirib.

Hacı Eldayaq Hüseynov da, öz növbəsində, Qurbanlıqdan danışıb, ata-anaya diqqət və qayğının vacib olduğunu önə çəkərək, valideynə yaxşılığın dünya və axirət faydalarından söz açıb. O da çıxışının sonunda "İyul döyüşlərində" şəhid olanlardan danışıb, şəhid ruhlarına dualar oxuyub.

Şirkətin rəhbəri Yavuz Həsənov İslam dininin halallıq və təmizliyə, paklığa önəm verdiyini vurğulayaraq, şirkətin əsas iş prinsipi və yol xəritəsinin halallıq, gigiyenik qaydalara əməl etmək və xalqa yaxşı xidmət etmək olduğunu bildirib.

Qeyd edək ki, Kral şirkəti Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq işçilərinin icazəsini 50 faiz azaldıb.

VIDEOYA FACEBOOKDA BAX


Kralda cümə günü Qurbanlıqdan danışıldı, şəhidlərimiz yad olundu - FOTO, VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ərəb Əmirliyi İsraillə əlaqələri rəsmi olaraq normallaşdırdı - İLK REAKSİYALAR
    Razılaşma sənədində İsrail və BƏƏ arasında münasibətlərin bərpa ediləcəyi qeyd edilir.
     14.08.2020
    Bu gün Mübahilə günüdür
    Zilhiccə ayının mübarək günlərindən və hadisələrindən biri Mübahilə günüdür.
     14.08.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ