1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:16.01.2021 11:07:37

Azərbaycanda Çin istehsalı olan Sinovac vaksinindən istifadə ediləcək.

İslamazeri.com-un məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev deyib.

Onun sözlərinə görə, bunun üçün 4 milyon doza sifariş verilib: "Artıq 2 milyon doza Azərbayacana gətirilib".

Kimlər ilkin vaksinasiya olunacaq:

İkin mərhələdə səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər, hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət vaksinasiyaya cəlb olunacaq:

"Həmçinin, tibbi cəhətdən yüksək risk qrupuna daxil olanlar, tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar, 50 yaş və daha yuxarı ən az bir xroniki xəstəliyi olan şəxslər, təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi, yüksək riskli şəraitli işlərdə çalışan (cəmiyyətin fəaliyyəti üçün həyatı vacib sahələrdə çalışan – milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) şəxslər peyvənd olunacaq".

CoronaVac” vaksini nə qədər effektivdir?

 “Azərbaycan COVAX platformasında iştirak edir, eyni zamanda vaksinlərin əldə edilməsi üçün ikitərəfli razılaşmalarda iştirak edir. Azərbaycan COVAX platforması çərçivəsində “Sinovac” şirkətinin 2 milyon doza “CoronaVac” vaksini alacaq. Eyni zamanda “Sinovac” şirkəti ilə danışıqlar aparılır. Ümumilikdə “Sinovac” şirkətinə 4 milyon doza vaksin sifariş edilib. Vaksinlər əvvəlcə Türkiyəyə, orada müəyyən laborator mərhələlərdən keçdikdən sonra Azərbaycana gətiriləcək. “Sinovac” şirkətinin “CoronaVac” vaksini 91.25 faiz effektivdir. Bu vaksin qoruyucudur”. 


Koronavirusa qarşı vaksinlər: Azərbaycana nə qədər doza gətirildi, ilk kimə tətbiq olunacaq?

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İtkin düşən daha bir zabitin şəhid xəbəri gəldi
    Vətən müharibəsində itkin düşən polkovnik-leytenant Sadıqov Yaşar Füzuli oğlunun şəhid olduğu müəyyənləşib.
     27.02.2021
    Bu gün Həzrəti Zeynəbin (ə) vəfat günüdür
    Hicri qəməri tarixi ilə Rəcəb ayının 15-i İslam Peyğəmbərinin (s) nəvəsi, Kərbəla həqiqətlərinin dünyaya çatdırıran, Kərbəla səhnəsinin misilsiz qadın qəhrəmanı xanım Zeynəbin (ə) vəfat günüdür
     27.02.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ