1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR

Kateqoriya : XƏBƏRLƏR

Yayınlanma tarixi:18.09.2020 12:29:29

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumat yayıb

İslamazeri.com xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.

Məlumatda qeyd edilir ki, Şəki şəhərində mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar olaraq, sakinlərin COVİD-19 infeksiyasına yoluxması hallarının qarşısının alınması məqsədi ilə mütəmadi olaraq profilaktik tədbirlərin görülməsinə baxmayaraq, Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının əhalisinin də bazarlıq etdiyi “Şəki Bazar” ASC-də alqı-satqı ilə məşğul olan şəxslərin karonavirusa yoluxması ilə əlaqədar aparılan testlər nəticəsində son günlərdə 12 nəfərin qeyd olunan virusa yoluxduğu aşkar edilmişdir.

“Şəki Bazar” ASC-də baş verən bu halın risk mənbəyi olduğunu nəzərə alaraq bazarın ərazisində müvafiq sanitar-epidemioloji tədbirlərin görülməsi məqsədi ilə bazar 18 sentyabr 2020-ci il tarixdən etibarən Operativ Qərargah tərəfindən qəbul edilmiş qərara uyğun olaraq 3 gün müddətində karantinə bağlanmiş, yəni bu müddət ərzində bazarın fəaliyyəti bütünlüklə dayandırılmışdır.

Qeyd olunan müddət ərzində müvafiq tədbirlər görüldükdən sonra “Şəki Bazar” ASC fəaliyyətini davam etdirəcəkdir.

Məlumat üçün habelə bildiririk ki, “Şəki Bazar” ASC-də virusa yoluxması aşkar olunmuş şəxslərin müalicələri təşkil edilmiş, onlarla yaxın təmasda olanlar isə mövcud qaydalara uyğun olaraq müəyyən edilmiş müddət ərzində evdə təcrid edilmişlər.


Koronavirusa görə Şəkidə bazar bağlandı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gürcüstanın Müdafiə Nazirliyi Qurani-Kərimin gürcücə tərcüməsini çap etdirdi
    Gürcüstanın Müdafiə Nazirliyi cib kitabı formatında Qurani-Kərimin gürcücə tərcüməsini çap etdirib.
     29.10.2020
    Bərdədə dinc sakinləri atəşə tutan düşmən qüvvələri məhv edildi - VİDEO
    Bu barədə Müdafiə Nazirliyi məlumat verib.
     29.10.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ