Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:25.10.2021 11:13:06

Rusiyalı virusoloq Yevgeni Timakov Covid-19-un ən çox zədələdiyi orqanların adlarını açıqlayıb.

İslamazeri.com “Oxu.az”-a istinadən xəbər verir ki, bu barədə rusiyalı virusoloq Yevgeni Timakov “Vesti FM” radiosunun efirində məlumat verib.

O, koronavirusun daha çox ağciyərləri sıradan çıxardığını bildirib.

Həkimin sözlərinə görə, bağırsaqlar və qaraciyər də ölümcül virusun hədəfində olan vacib orqanlardandır.

Timakov COVID-in bağırsaqlar və qaraciyərə mənfi təsirini daha təhlükəli hesab etdiyini vurğulayıb. Belə ki, birinci halda immunitet daha da zəifləyir ki, bu da virusa qarşı mübarizəni mümkünsüz edir.

İkinci halda isə qanın təmizlənməsi prosesi əngəllənir və ölümlə nəticələnə biləcək toksik zəhərlənmə ehtimalı yaranır.


Koronavirus ən çox bu orqanları sıradan çıxarır - AÇIQLAMA

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Keşiş Roma Papasına: Tövbə etməlisən...
    Xatırladaq ki, Roma Papası şənbə günü Yunanıstana gəlib və səfər 3 gün davam edəcək.
     5.12.2021
    Azərbaycanın gimnastika komandası Avropa çempionatında 5-ci oldu
    Portuqaliyanın Gimaraynş şəhərində “TeamGym” üzrə Avropa çempionatı başa çatıb.
     5.12.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ