EURO 1,9635 NEFT 79,71
USD 1,7 RUB 0,0257
  1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ
  3. MÜNASİBƏT

Kateqoriya : MÜSAHİBƏ

MÜNASİBƏT

Yayınlanma tarixi:11.11.2016 13:02:19

“Klintonun məğlubiyyətinin səbəbləri uzun illər ərzində müzakirə olunacaq."

İslamazeri.az-ın “Politico” jurnalına istinadən verdiyi xəbərə əsasən,  Hillari Klintonun seçkilərdə Donald Trampa qalib gələ bilməməyinin ən əsas səbəbi onun özünə həddindən çox güvənməsi olub.

Klintonun məğlubiyyətinin səbəbləri uzun illər ərzində müzakirə olunacaq. Lakin isti izlərlə getsək, o zaman məğlubiyyətin ən əsas və aydın görünən səbəblərindən biri kimi onun özünə güvənməsi olub. O özünə həddən çox güvənirdi. Uzun illəri idi ki, o özündən əmin idi. “, - deyə məqalənin müəllifi Todd S.Purdum hesab edir.

Onun sözlərinə görə, Klintonla Tramp arasındakı seçki öncəsi yarış zamanı, o 8 il əvvəl də öz hesablamalarında buraxdığı xətalara yenidən yol verdi. Xatırladaq ki, Klinton o zaman “təcrübəsiz-qiyamçı” olmuş Obamaya qarşı mübarizə aparırdı.

O zaman Klinton Demokratlar Partiyasından prezidentlik postuna namizəd kimi irəli sürülmək uğrunda mübarizə aparırdı. O zaman da o əmin idi ki, Obamadan ona rəqib olmaz və buna görə də gücə düşməyə (əlavə zəhmət çəkməyə) dəyməz (lazım deyil). Nəticədə o partiyadaxili seçkilərdə məğlub oldu, Obama isə prezident seçildi.

Trampla mübarizədə də bu cür oldu. Klinton partiyadaxili saçkilərdə qalib gələndən sonra əsasən demokratlara səs verən Viskonsin və Miçiqan kimi ştatlara səfər etməkdən imtina etdi. Klinton rəqibi Trampın “seçicilərin xəritəsini dəyişə bilərəm” kimi etdiyi bəyanatlara gülürdü. Nəticədə Klintonun bu laqeydliyi demokratların kök saldığı ştatlarda onun üçün məğlubiyyətlə sonlandı.

Klinton partiyadaxili seçkilər zamanı ciddi rəqibi olmuş Benni Sanderslə mübarizəsindən sonra görməli olduğu bu işarələrə də diqqət yetirmədi. Halbuki o zaman məlum olmuşdu ki, hətta öz partiyasında da heç də ki, onu hamı sevmir.

Məqalə müəllifi sonda əlavə edib ki, Klintonun dövrü hələ gəlib çıxmayıb. Və onun öz seçicilərinə təklif edə biləcəyi dəyişikliklərin də zamanı gəlməyib. O, daha yaxşı zəmanənin gəlişinədək gözləməli olacaq.


Klintonun məğlubiyyətinin ən əsas səbəbi bəlli oldu - MÜNASİBƏT

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Trampdan etiraf: Ordumuz Çin və Rusiyadan geri qalır
    "Birinci onlar başladılar."
     15.10.2018
    Kim Çen In ABŞ-ın bu istəyinə
    Şimali Koreya lideri ABŞ-ın dövlət katibinin xahişinə mənfi cavab verib.
     15.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ