1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:05.02.2020 11:14:45

“İranda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) casusluq edən Əmir Rəhimpur barəsində çıxarılan edam hökmü icra olunacaq”.

İslamazeri.com APA-ya istinadən verdiyi məlumata görə, bunu bu gün İran Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn İsmaili keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, MKİ-yə İranın nüvə proqramına dair çox saylı məlumat ötürən Ə. Rəhimpur edama məhkum olunub və bir neçə gün əvvəl İranın Ali Məhkəməsi edam hökmünü təsdiqləyib.

Q. İsmaili əlavə edib ki, Ə. Rəhimpur casusluq müqabilində külli miqdarda pul alıb.

“Son vaxtlar İranda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə casusluq edən 2 nəfər saxlanılıb. Onlar 15 il müddətinə azadlıqdan məhrum ediliblər”, - deyə Qulamhüseyn İsmaili vurğulayıb.


KİV: İranda CİA-ya casusluq edən şəxs edam olunacaq

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Koronavirusa ən çox yoluxan 10 müsəlman ölkəsi
    worldometers saytı dünya üzrə rəsmi mənbələrə istinadla özünün onlayn cədvəlini hazırlayıb.
     02.04.2020
    İrana kömək təklif edən Tramp, Rusiyadan yardım istədi
    Tramp özü Putinlə danışdıqdan sonra Rusiyanın köməyi barədə həvəslə danışıb
     02.04.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ