EURO 1,8595 TRY 0,2543
USD 1,7 RUB 0,0229

Vaqif Hacıbəyli kimdir?

Vaqif Hacıbəyli kimdir?

Həyatı

 

Hacıbəyli Vaqif Mustafa oğlu 14 oktyabr (rəsmi sənədlərdə 20 oktyabr) 1960-cı ildə Zaqatala rayonunun Yuxarı Tala kəndində anadan olub. Orta təhsilini Zaqatala rayonu Tala kənd 1 saylı orta məktəbdə alıb. 1979 - 1981 -ci illərdə SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olub. Hərbi xidmətdən sonra Biləcəri dəmiryolu stansiyasında fəhlə, sonra ilk partiya təşkilatının katibi vəzifələrində işləyib.

1988-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Bakı şəhər Kirov (indiki Binəqədi) rayonunda Kommunist partiyası rayon komitəsinin təşkilat şöbəsində təlimatçı işləyib. 1991-1995-ci illərdə "Müstəqil Azərbaycan" Deputat Bloku tərəfindən təsis edilən "Müxalifət" qəzetində şöbə müdiri, redaktor müavini, baş redaktorun birinci müavini və baş redaktor vəzifələrində işləyib. "İntibah" qəzetinin təsisçisi və baş redaktoru olub.2005-ci ildən özəl şirkətlərdə hüquqşünas və direktor müavini vəzifələrində işləyir.

Evlidir. Həyat yoldaşı Tahirə Hacıbəyli Tibb Universitetinin müəllimidir. İki oğlu var.

 

İctimai-siyasi fəaliyyəti


1994-cü ilin sentyabr ayında Zaqatalada təsis edilən Əhrar Partiyasının sədridir. (2005-ci ildən Əhrar partiyası fəaliyyətsizdir.)

1999-cu ildə Əhrar partiyasının onlarla üzvü müxtəlif bələyyələrə üzv seçilib.

Əhrar Partiyası 1995-ci ilin avqustundan Demokratik Koqresin, 1994-cü ilin oktyabr ayından "Dəyirmi Masa"nın tərkibinə daxil olub. Partiya həmçinin 90-cı illərin sonunda, 2000-ci illərin əvvəllərində fəaliyyət göstərən "Birləşmiş Müxalifət Hərəkatı", SİDSUH kimi qurumlarda da təmsil olunub.

Vaqif Hacıbəyli 1995-ci ildə "Dəyirmi Masa"nın icraiyyə komitəsinin katibi, 1998-ci ildə SİDSUH-un icraçı direktoru seçilib. 2000-ci ilin may ayında vicdan məhbusu kimi həbsdə olarkən Milli Müqavimət Hərəkatının İdarə Heyətinin üzvü seçilib.

2011-ci ildə yaranan İctimai Palatanın üzvü olub. 2014-cü ildə təsis edilən Milli Strateji Düşüncə Mərkəzinin üzvüdür.

 

Ailəsi


Atası - Hacıyev Mustafa Hacı oğlu Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini və Ali Partiya Məktəbini bitirmişdi. Müxtəlif partiya və hökumət vəzifələrində işləməklə yanaşı daha çox pedoqoji fəaliyyətlə məşğul olmuş, orta məktəbdə müəllim, məktəb direktorunun müavini, məktəb direktoru vəzifələrində çalışmış, 1972 ci ildə 45 yaşında ağır xəstəlikdən sonra vəfat etmişdir.

Anası-Hacıyeva Zahidə evdar qadın, sonra isə tütünçü olmuş, 2012-ci ildə 80 yaşında vəfat etmişdir.

Qardaşı Arif Hacılı istiqlalçı deputatlardan biridir. 1992-93-cü illərdə dövlət müşaviri vəzifəsində işləyib. Hazırda Musavat Partiyasının başqanıdır.

Digər qardaşı Mustafa Hacıbəyli Musavat Partiyasının Divan üzvü, "Basta" saytının baş redaktorudur.

Bacısı Solmaz Dadaşova həkimdi. Hazırda pensiyaçı kimi ailəsi ilə birlikdə Türkiyənin Ankara şəhərində yaşayır.

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ