EURO 1,9105 TRY 0,2917
USD 1,7 RUB 0,0266

Sergey Yurski kimdir?

Sergey Yurski kimdir?

Həyatı


Yurski 16 mart 1935 il tarixində Leninqrad (indiki Sankt-Peterburq) şəhərində anadan olmuşdur.Onun atası Yuri Yurski teatr aktyoru və rejissoru, sirk rəhbəri, anası Yevgeniya Yurskaya isə musiqi müəlliməsi olub. Yurski təxəllüsü əslində Sergeyin atasının olub. Onların əsl soyadı Jixaryovdur. Uşaq yaşlarında incəsənətə həvəsi olan Sergeyi valideynləri bu yoldan çəkindirməyə çalışıblar, amma bunu bacarmayıblar. Sergey Yurskinin aktyor olmaq istəyi təÑ…minən on dörd yaşında baş qaldırdı.Amma o,valideynlərinin istəyi ilə A. A. Jdanov adına Leninqrad Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. S.Yurski Leninqrad Dövlət Universitetində hüquq elmini öyrənməklə yanaşı, universitetin dram dərnəyində də məşğul olmağa vaÑ…t tapırdı. Atası isə onu teatr səhnəsindən uzaqlaşdırmağa çalışırdı. Amma universitetdə qoyulan tamaşalarda Sergeyə bir-birinin ardınca müÑ…təlif rollar verilirdi. 1959-cu ildə A. N. Ostrovski adına Leninqrad Teatr İnstitutunu bitirib.1961-ci ildə aktrisa Zinaida Şarko ilə evlənən Sergey Yurski bu xanımla cəmi 7 il birgə yaşayıb və boşanıblar. Daha sonra o, ikinci dəfə Natalya Tenyakova evlənib.

Gənc yaşından başlayaraq Yurski kino və teatrda müxtəlif rollar oynayıb və tezliklə də məşhurlaşıb. Sergey Yurskinin Azərbaycana da bağlılığı var.Belə ki,o,Azərbaycanda da filmlərə çəkilib və sevilmişdir.Xüsusilə onun "Dərviş Parisi partladır" filmində yaratdığı Müsyö Jordan obrazı bu günkü gündə də sevilə-sevilə izlənilir.Aktyor ekran əsərində fransız təbiətşünası Müsyö Jordan rolunu təbii və koloritli ifa etməklə bərabər, həm də personajın nitqinin səsləndirilməsini də məharətlə yerinə yetirib.Bundan başqa aktyor “Şir evdən getdi” filmində ovçu, “Bir ailəlik bağ evi” filmində direktor, və “Qorxma, mən səninləyəm!” filmində pristav rollarını oynayıb.

Yurski aktyor olmaqla yanaşı, həm də rejissor və ssenaristdir.1957-ci ildən etibarən Leninqraddakı M. Qorki adına Böyük Dram Teatrının aktyorudur. 1979-cu ildən isə Yurski Moskvanın Mossovet adına Teatrında çıxış edir və “Müasir pyes məktəbi”ndə çalışır. Bir sıra teatr tamaşasının rejossorudur.

8 fevral 2019-cu ildə vəfat edib.

 

Filmoqrafiya


Dostiqayev və Başqaları (1959)
Təzəcə Toyları Olmuş Oğlan və Qız Haqqında Povest (1959)
Heç Yerdən Gəlmiş Adam (1961) - Qəribə adam
Qara qağayı (film, 1962)
Təhkimli Aktrisa (1963) - Nikita
Zaman, irəli! (1965) - Marqulis
ŞKİD Respublikası (1966) - Vikniksor
Qızıl Buzov (1968) - Ostap Bender
Müdaxilə (1968) - Maskalar
Maral Şah (1969) - Tartalya
Sınıq Nal (1973)
Məqsəd Seçimi (1974) - Oppenheymer
Dərviş Parisi partladır (film, 1976) - Musyö Jordan
Günlərin bir günü... (film, 1976) - Aktyor
Şir evdən getdi (film, 1977) - Ovçu; Ekskurisya bələdçisi; Qarovulçu
Bir ailəlik bağ evi (film, 1978) - Müdir
Sərsəri Rasmus (1978)
Kiçik Faciələr (1979) - İmprovizator
Görüş yerini dəyişdirmək olmaz (film, 1979) - Qruzdev
20 Dekabr (1981)
Qorxma, mən səninləyəm (film, 1981) - Pristav
Qadın Axtarın (1982) - Metr Roşe
Kondorun Təslimi (1982) - Diktator
Əlibaba və Qırx Quldur (1983) - Qasım
Tənha Kommersantın Uduşu (1984)
Məhəbbət və Göyərçinlər (1984) - Mitya dayı
Dumandakı Sahillər (1985)
Özünə Aparan Yol (1985)
Münəccim (1986)
Əbədilyin Sonu (1987) - Qobbi Finji
Çernov (1990)
Au, Qatar Soyğunçuların Əlindədir (1991)
Ekstrasens (1992)
Səsudanlı Tapança (1993)
Yad Adama edilən Etiraf (1996)
Kraliça Marqo (1996)
Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007) (arxiv kadrlar)
Korolyov (2007) - Tsiolkovski

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ