EURO 1,9069 TRY 0,3002
USD 1,7 RUB 0,027

Ramzan Kadırov kimdir?

Ramzan Kadırov kimdir?

Ramzan Əhmədoğlu Kadırov Çeçenistanın Tsentoroi şəhərində anadan olub. Rusiya Federasiyasına bağlı Çeçen Respublikasının üçüncü dövlət başçısı.

Çeçenistan Respublikasının ikinci dövlət başçısı Əli Əhmədovun ölümündən sonra Vladimir Putinin dəstəyi ilə Çeçenistan Respublikası dövlət başçısı olmuşdur. Dövlət başçısı olmadan əvvəl baş nazirlik vəzifəsini də etmişdir. Birinci Rus - Çeçen müharibəsində atası Əhməd Kadırov ilə ruslara qarşı müqavimət göstərmiş, İkinci Rus - Çeçen müharibəsində isə Rusların yanında iştirak etmişdir. Bu və bu cür davranışlara görə ona, 2004-cü ildə Vladimir Putin tərəfindən Rusiya Federasiyası qəhrəmanlığı Medalı verilmişdir.

Ailəsi

R.Kadırov evlidir və həyat yoldaşı Mədni xanım 7 sentyabr 1978-ci ildə anadan olmuşdur, qəhrəman anadır. Bu cütlüyün 12 övladından 2-si götürülmüşdür:

  • Ayşə (31.12.1998)
  • Karina (17.01.2000)
  • İsmayıl (25.07.2000)
  • Xədi (21.10.2002)
  • Təbarik (13.07.2004)
  • Əhməd (08.11.2005)
  • Zəlimxan (14.12.2006)
  • Əliqulu (2007)
  • Adəm (24.11.2007)
  • Xütmətxanım (2009)
  • Aşurə (07.01.2012)
  • Abdulla (10.10.2016)

2007-ci ildə yenidən 4 illiyinə Çeçenistan Muxtar Respublikası başçısı olaraq seçilmişdir. Seçki əvvəlində verdiyi ən əhəmiyyətli vədi prezidentliyi dövründə Çeçenistanın abadlığı üçün çalışacağı olmuşdur. Ayrıca Rusiyanın kuklası olduğu iddia edilən Kadırov, xalqını, tək-partiya diktatorluğu altında idarə etməkdədir.Kadırov, Çeçenistan xalqı tərəfindən xüsusilə müqavimətçilər və ailələrinə elədiyi işgəncələrlə xatırlanmaqdadır. Prezidentliyə seçilməsinin ikinci ilində paytaxt Grozny şəhərində 20, 30 və 40 mərtəbəli binalar tikintisi üçün start vermişdir. Eyni zamanda yol və infrastruktur üçün də işlər davam etməkdədir. 2008-ci ildə Çeçenistanın paytaxtı Qroznıya Türkiyədən gələn ustalara Qafqazın ən böyük məscidi olan və Sultanahmet Məscidinin bir kopiyası olan Kadırov məscidində tikdirmişdir.Bu və bənzəri işlərlə Çeçenistanda müharibənin bitdiyi və hər hansı bir problem qalmadığı imicini meydana gətirməyə çalışmaqdadır. Müqavimətə yaxın qaynaqlar isə Qədirovun evinə 29 Avqust 2010 tarixində əhatəli bir əməliyyat edildiyini ifadə etmişlər.(VİKİ)

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ