EURO 1,9267 NEFT 68,23
USD 1,7 RUB 0,0258

Ömər Muxtar kimdir?

Ömər Muxtar kimdir?

1862-ci ildə Livanın Dəfnə bölgəsinin Batnan qəsəbəsində körpə bir oğlan uşağı dünyaya gəlir. Ona babasının şərəfinə Ömər Muxtar adı verilir. Kiçik yaşlarında atasını itirən Ömər Muxtar babası Muxtarın himayəsində yaşayır. XIX yüzillikdə Şimali Afrikada təşəkkül tapan Sənusi təsəvvüf təriqətinin daşıyıcısı olan bu ailə dini inancı ilə xüsusi seçilən ailələrdən sayılır. Bu təriqətin elmi əsaslarından müəyyən bilgiyə malik olan Muxtar nəvəsinin ibtidai təhsilini ona özü aşılayır. Beləcə uşaqlıq illərinin qəsəbəsinin qaynar həyatı ilə bərabər elmi bilgilərlə keçirən Ömər Muxtar yeniyetmə yaşlarına müəyyən dünyagörüşünə malik bir şəxs kimi qədəm qoyur. 1878-ci ildə Həcc səfərinə yola düşən Muxtar səfərindən qayıdan zaman yolda xəstəliyə tutulur. Dostu Seyid Giryaniyə Ömər Muxtar və qardaşını himayəyə götürməyi vəsiyyət edib, dünyasını dəyişir. Seyid Giryani 16 yaşlı Ömər Muxtarı və ondan bir yaş kiçik qardaşını dostunun vəsiyyətinə əsasən himayəsinə alır. Və uzaqgörən Seyid gənclərin gələcəyini düşünərək uşaqları Çağbubbakı İslam Elmləri Akademiyasına yazdırır. Ömər Muxtar burada səkkiz il təhsil alır. Təhsilini bitirdikdən sonra 1886-cı ildə Ömər Muxtarı universitet rəhbərliyi Çağbub Universitet təmsilçisi olaraq Sudan və Misrə göndərirlər. 1888-90-ci illərdə Ömər Muxtar Kasur qəzasına başçı təyin edilir. 1891-ci ildə, bir illik zaman kəsiyində o Ayn Kalan qəzasında çalışır. 1892-ci ildən isə Kasur qəzasında imamlıq vəzifəsi tutur. O bu vəzifədə 1911-ci ilə qədər, İtalyanların Liviyaya basqın etdiyi tarixə qədər çalışır.

Qərb dövlətlərinin həmişəki işğalçı siyasətləri bu dəfə hədəfə Liviyanı alır. Təbii ki, mübariz Liviya xalqı İtaliyanın işğalçı addımları müqabilində birmənalı müdafiə olunaraq torpaqlarını yadellilərdən qorumalı idi. 1911-ci ildə Seyid Əhməd Şərif Sənusinin rəhbərlik etdiyi hərəkat da məhz buna xidmət edirdi. Könüllü dəstələrin yaradılması və mübarizə meydanlarına qatılması Seyid Əhmədin Liviyanı qorumaq hədəflərində prioritet mövzu idi. Lakin o bu mübarizədə İtaliyaya müttəfiqlik edən Osmanlı dövlət başçılarının qarşısında tab gətirə bilmir. Xəlifə tərəfindən paytaxta dəvət olunan Seyid Əhməd vəzifəsini Seyid Məhəmməd İdrisə verib təslim olur. Seyid Əhməd bir qiyamçı kimi edam olununca Məhəmməd İdris bu hərəkatın davamı üçün bütün qüvvələrini səfərbər edir.

1920-22-ci illər İtaliya daxili qarşıdurmalar və hakimiyyət savaşları Liviyadakı gərgin vəziyyəti az da olsa yumuşaldır. Hətta vəziyyətin gəlginliyini nəzərə alan İtaliya hökuməti Əmr İdrislə sülh müqaviləsi də imzalayır. 1922-ci ildə isə Benito Mussolinin başçılığı ilə hakimiyyətə gələn faşist rəhbəri Liviyanın işğal olunma siyasətinə daha artıq rəvac verir. Onlar bir hiylə üzündən bağlanan sülh müqaviləsinə heç bir əhəmiyyət vermədən 1923-cü ildə Liviya ərazilərinin işğalına yenidən başlayırlar. Bu zaman mübarizəyə başçılıq edən Əmir İdris getdikcə ağır yükün öhdəsindən gələ bilməyəcəyini anlayaraq bu vəzifəyə qardaşı Məhəmməd Rzanı, o da bacarmayınca Seyid Seyfəddini təyin edir. Lakin hər gün daha gərginləşən vəziyyət qəhrəman bir sərkərdəyə ehtiyacı qaçılmaz edirdi. Böyük hazırlığa malik İtaliya qoşununa müqavmət cəsarətlə yanaşı mənəvi elmi təfəkkür tələb edirdi. Bunu hər kəs anlayınca diqqətlər gənc Ömər Muxtara dikilir.

Ömər Muxtar liderliyi ələ aldıqdan qısa bir zaman sonra 300-ə yaxın şəxsi bir araya toplayaraq onlardan partizan dəstələri hazırlayır. Bu dəstələr düşmən cəbhəsinə müxtəlif zamanlarda hücumlar edərək İtalyan əsgərlərinin ümumi rahatlıqlarını əllərindən alırlar. Təşkilatlanmanın mərkəzini Calunun Cəbələxdar hissəsində quran Ömər Muxtar döyüş taktikası üçün əsas strtaji addımı kəşfiyyat üzərində cəmləyir. Demək olar ki, əksər kəşfiyyatlarda özü yaxından iştirak edən Muxtarı bəzən düşmən qoşunu öz sıralarında xəbərsiz, rahatlıqla qəbul edir. Bu isə iti təfəkkürə malik Muxtarın qurduğu planların uğurlu sonluğundan xəbər verirdi. Muxtarın hər gün artan uğuru onu Liviya xalqına sevdirdiyi kimi düşməni üçün də kifayət qədər ciddi rəqibə çevirirdi.

1923-cü ilin yayında Muxtar əsgərlərinin təminatı üçün yardıma Misir şəhərinə gəlir. Burada o bir neçə dəyərli şəxslərlə görüşüb söhbətlər aparır. Bu söhbətlərdən İtaliya Gizli Kəşfiyyatınə Muxtarın Misirdə olma xəbərini çatdırınca kəşfiyyatın bir neçə nümayəndəsi Misirdə Muxtarla görüşür. Onlar Ömər Muxtara cihaddan əl çəkib rahat həyat tərzi, firavan yaşayış və təminatlı həyat təklif edirlər. Lakin təbii ki, onlar Muxtarın rədd cavabını alırlar. Bundan sonra Muxtar Misirdə əldə edə biləcəyi müəyyən məbləğin cüzi hissəsini götürərək yolda italyanların ona uğursuz terror aktı hazırlamasına baxmayaraq sağ-salamat Cəbələxara qayıdır.

1924-25-ci illərdə Ömər Muxtar ümidi gələn bütün inanclı şəxslərə yardım üçün məktub yazır. O ölkəsindəki vəziyyətin gəlginliyindən, İtalyanların işğalçı siyasətindən və onların maddı böhran içində boğulduğundan yazsa da heç kəs ona yardım üçün müsbət rəy bildirmir. 1929-cü ilin Martına qədər davam edən amansız müharibə bir çox itkilərlə müşahidə olunsa da sonunda hər iki tərəfi razı salan danışıqlar təşəbbüsü ilə İtaliya hökuməti çıxış edir. Lakin 3 aya qədər sürən danışıqların faydasız olduğunu görən Muxtar danışıqlara son verərək yenidən döyüş meydanına qayıdır.

Amansız savaşlar bundan sonra daha intensiv hala gəlir. 29-cu ilin Dekabrında Əmir Muxtarın tərəfdarlarınin Benqazidəki İtalyanların qərəlgahına hücumdan sonra İtaliyalılar torpaqlarını müdafiəyə qalxan əhalinin nəinki silahlı hissəsini, qadınlar da daxil olmaqla uşaqlara belə amansız divan tutmağa başlayaraq Quranları da yandırıb Liviya şəhərlərinin işğalına başlayırlar. Bu işğalda bir çox insanların namusları ləkələnərək şəxsiyyətləri belə İtaliya əsgərləri tərəfindən sındırılır. 1931-ci ildə son qüvvəsi ilə döyüşən Əmir Muxtar yenidən Misirə gizlin səfər edir. Burada görüşdüyü şəxslərdən qadınların Misirdə əmin bir yerdə yerləşdirilmə xahişi ilə onlara müraciət edir. Hər an durmadan Liviya torpaqları İtalıya işğalçılarının təsiri altına düşməkdə idi. Təəssüf ki, o bu dəfə də müsbət cavab ala bilməyib geri dönür.

1931-ci il, sentyabırın 11-i Ömər Muxtar tərəfdarları ilə birlikdə səhabələrdən Hz Rafinin məzarını ziyarət etmək üçün Liviyanını İtalyanlar tərəfindən qəsb olunan Silanta ərazisinə daxil olur. Lakin bu səfərdən İtaliya kəşfiyyatı xəbər tutur. Qısa bir zaman kəsiyində böyük bir ordunun əli ilə onlar mühasirəyə alınırlar. Amansız döyüş getməsinə baxmayaraq artıq ahıl yaşında olan Əmir Muxtar döyüşərək gerilədiyini başa düşür. Düşmən qoşunu tərəfindən atı vurulduqdan sonra isə bir neçə dəqiqə mübarizə apardıqdan sonra Əmir Muxtar tam əldən düşür və düşmən qoşunu onu və bir neçə tərəfdarını əsir götürür. İlk öncə onu Süsəyə, daha sonra isə Benqazinin 60 km-də yerləşən Suluka aparırlar. Burada onu İtaliya ordusunun baş komandanı Qraziani gözləyirdi. Bir neçə dəqiqə sürən görüşdə Qraziani ona təslim olmağı, müharibədən çəkinməyi təklif edir. Lakin Əmir Muxtar onun bu fikirlərini gülünc adlandıraraq öz torpağını müdafiə edən bir insanın bu işdən çəkilməsini qorxalqıq və acizlik adlandırır. 1931-ci il, sentyabırın 15-i Ömər Muxtar məhkəmə qarşısına çıxarılır. O məhkəmə qarşısında: “Hökm yalnız Allahındır. Sizin saxta və uydurma hökmünüzün heç bir mənası yoxdur” deyir. Onu dinləyən məhkəmə öz torpağını müdafiəyə qalxan bu cəsur sərkərdəyə edam hökmü çıxarır və qərar da həmən icra olunmaq üçün ordu komandanına tapşırılır. Qısa bir zaman ərzində edam üçün dar ağacı qurulur. Cəsur sərkərdə məğrur addımlarla dar ağacına qalxdı və Fəcr surəsinin son ayələrini “... Ey aram nəfs! Alah səndən razı və sən də Allahdan razı olan halda cənnətə daxil ol” oxuyaraq boynuna edam kəndiri keçirilir. Və tarixin ölməz qəhrəmanı öz torpaqlarını qəsbkar İtaliya iğalçılarından azad etmək uğrunda mübarizəsi bunula da bitdi.

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ