EURO 1,9069 TRY 0,3002
USD 1,7 RUB 0,027

Məhəmməd Mursi kimdir?

Məhəmməd Mursi kimdir?

Məhəmməd Məhəmməd Mürsi İsa əl-Əyyat - Misir dövlət xadimi, Misirin beşinci prezidenti. Müsəlman qardaşları təşkilatı əsasında yaradılmış Azadlıq və Ədalət Partiyasının sədri idi. 2012-ci ildə Mursi Misirdəki prezident seçkilərindnin ikinci turunda qalib gəlmişdi.

-Məhəmməd Mursi 1951-ci ildə anadan olub. Qahirə Universitetini bitirib. ABŞ-ın Cənubi Kaliforniya Universitetində doktorluq dissertasiyası müdafiə edib. Misir və ABŞ universitetlərində dərs deyib.

1992-ci ildə “Müsəlman qardaşlar” hərəkatına qoşulan Məhəmməd Mursi 2000-ci ildə parlamentin deputatı seçilib. 2006-cı ildə Hüsnü Mübarək rejiminə qarşı aksiyalara görə 7 ay həbsdə yatıb. 2011-ci ilin aprelində “Müsəlman qardaşlar” hərəkatına daxil olan Azadlıq və Ədalət Partiyasına rəhbər seçilib. 2012-ci ildə Misir prezidneti seçilib. Lakin 2013-cü ilin iyun və iyul aylarında baş vermiş kütləvi nümayişlərdən sonra Misir Silahlı Qüvvələri tərəfindən devrilərək həbs olunub.

Məhəmməd Mursi 17 iyun 2019-cu ildə ölkənin paytaxtı Qahirədə vəfat edib. O, əsas dövlət müttəhimi kimi təqsirləndirildiyi casusluq işi üzrə məhkəmə iclasında keçinib.

viki

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ