Mahir Zeyn kimdir?

Mahir Zeyn kimdir?

Karyerası
Əsas


Mahir Zeyn səkkiz yaşında ikən ailəsilə birlikdə İsveçə köçmüşdür.[3] Orada Aviasiya və Kosmos Mühəndisliyi fakültəsini bitirmişdir. Universitetdən sonra musiqi sahəsində iştirak etmiş və 2005-ci ildə Mərakeş təvəllüdlü İsveç prodüseri Nadir Xayat (səhnə adı ilə RedOne) ilə ünsiyyətə keçmişdir.[4]

2006-cı ildə Nadir Xayat Nyu-Yorka köçdüyü zaman, Mahir də musiqi karyerasını davam etdirmək üçün onun ardınca getmiş və Kat DeLuna kimi sənətkarlarla işləməyə başlamışdır.[5] İsveçə etdiyi səfərlərdən birində İslamiyyətə bir daha bağlanmış və musiqi prodüserliyindən imtina edərək ilahi tərzində R&B söyləməyə qərar vermiştir.[6]

 

Müvəffəqiyyətə sıçrayış


Mahir Zeyn 2009-cu ilin yanvar ayında Awakening Records ilə ilk albomu üçün işlərə başlamışdır. Thank You Allah (azərb. Təşəkkür Allah) adlı albomu zərb versiyalarının da daxil olduğu ikisi bonus mahnıdan ibarət on beş mahnıyla 1 noyabr 2009-cu ildə satışa çıxmışdır. Qısa müddət sonra da bəzi parçalarının Fransız versiyaları yayımlanmıştır.[7]

Mahir və Awakening Records Facebook, Youtube[8] və iTunes kimi media vasitələrindən istifadə edərək albomun təqdimatını etmişdir.[9][10] 2010-cu ilin əvvəllərində musiqisi olduqca böyük maraq doğurmuş və internet vasitəsilə çox sayda izləyici qazanmıştır.[11] 2010-cu ilin sonunda Malayziyada Google axtarış saytında ən çox axtarılan məşhur ad olmuştur.[10] Malayziya eyni zamanda Mahir Zeynin təqdimatlarını ən uğurlu keçirdiyi ölkə hesab edilir. Thank You Allah albomu 2010-cu ilin ən çox satılan albomu olması səbəbiylə Warner Music Malaysia tərəfindən 8 platin val ilə mükafatlanıdırılmışdır.[12] 2011-ci ildə isə, Thank You Allah albomu İndoneziyada Sony Music Indonesia tərəfindən ikiqat platin val ilə mükafatlanıdırılmışdır.[4]

Mahir əsas olaraq İngiliscə mahnı oxuyur, ancaq sonradan populyar mahnılarını başqa dillərdə də ifa etmişdir. Mahnılarından biri olan "Insha Allah"ın məsələn; Hazırda İngilis, Fransız, Ərəb, Türk, Malay və İndoneziya versiyaları mövcuddur. Bir digər mahnısı olan "Allahi Allah Kiya Karo" (azərb. "Davamlı olaraq Allahı Zikr Etmək"), Urduca ifa edilir və ifa edənlərdən biri də Pakistan təvəllüdlü Kanadalı müğənni İrfan Məkkidir.[9] Mahir həmçinin İrfan Məkkinin ilk albomu olan "I Believe" (azərb. İnanıram) adlı albomunda eyni ada malik olan musiqi parçasında yer almışdır.[13]

 

Əməkdaşlıq, çıxışları və mükafatlar


2010-cu ilin yanvar ayında, Mahir Zeynin "Ya Nabi Salam Alayka" adlı mahnısı Yaxın Şərqin ən böyük radiosu olan Nujoom FM tərəfindən "Ən Yaxşı İlahi" mükafatına layiq görülmüşdür. Bu uğurla Mahir Sami Yusif, Hüseyn əl-Cismi və Məhəmməd Munir kimi digər məşhur müğənniləri də geridə qoymuşdur.[14]

Mahir Zeynin 2011-ci ilin martında çıxmış "Freedom"[9] adlı musiqisində Ərəb baharı ilə əlaqədar məqamlar vardır.

Mahir Zeyn 2011-ci ildə onislam.net saytı tərəfindən "Müsəlman ulduz" adına layiq görülmüşdür.[15] 2011-ci ilin iyulunda isə İngiltərədə nəşr olunan müsəlman həyat tərzi jurnalı olan Emel tərəfindən jurnalın həmin ay sayının üz qapağı olmuşdur.[16]

Mahir Zeyn İrfan Məkkinin ilk albomu olan "I Believe" adlı albomunda eyni ada malik olan musiqi parçasında yer almışdır.[17]

Mahir Zeyn Insya-Allah adlı İndoneziya TV dramının 40 epizodunda yer almışdır. Şou Malayziyanın peyk kanallarından; Astro Oasis və Mustika HD, 17 iyul 2012 tarixindən etibarən isə İndoneziyanın SCTV kanalında yayımlanmağa başlanmışdır.[18]

Mahir Zeyn 2013-cü ildə Fətullah Gülənin əsərləri əsasında hazırlanmış mahnılardan ibarət "Colors of Peace" layihəsində iştirak etmiş və burada "This Worldly Life" mahnısını ifa etmişdir.[19][20]

 

Diskoqrafiyası

 

Videoqrafiya

 

2009: "Palestine Will Be Free"
2010: "Thank You Allah (Alhamdulillah)"
2010: "Insha Allah"
2010: "Allahi Allah Kiya Karo (Canlı)"
2010: "The Chosen One"
2011: "Freedom"
2011: "Ya Nabi Salam Alayka"
2011: "For the Rest of My Life"
2012: "Number One For Me"
2012: "Forgive Me"
2012: "Open Your Eyes"
2012: "So Soon"
2013: "Love Will Prevail"
2013: "Ramadan"
2014: "Muhammad (Pbuh)"
2014: "Nas Teshbehlana"
2014: "One Day"
2015: "A'maroona A'maloona"
2016: "I am Alive" (Atif Aslam ilə)
2016: "By my Side"
2016: "Paradise"
2016: "Peace Be Upon You"
2016: "The Way of Love" (Mustafa Ceceli ilə)
2017: "Close to You"
2017: "Assubhu Bada"
2017: "Kun Rahma"
Duet
2011: "I believe" (İrfan Makki & Mahir Zeyn) (İrfan Makkinin "I Believe" albomunda)
2011: "Never Forget" (Mesut Kurtis & Mahir Zeyn) (Mesut Kurtis "Beloved" albomunda)
2014: "So Real" (Raef & Mahir Zeyn) (Raef "The Path" albomunda)
2014: "Eidun Saeed" (Mesut Kurtis & Mahir Zeyn) (Mesut Kurtis "Tabassam" albomunda)


Xeyriyyə fəaliyyəti


2013-cü ildə Filippindəki[23] qasırğa qurbanlarına ianə[24] köməyi üçün Kanadada Islamic Relief tərəfindən təşkil olunmuş turda iştirak etmişdir. Zeyn Suriya xalqına yardım məqsədiylə Birləşmiş Krallıqda Human Appeal International tərəfindən təşkil olunmuş "Sound of Light" tədbirində[25] çıxış etmişdir.[26] Həmçinin Zeyn öz mahnısı "Love will prevail"i (ərəb və ingiliscə ifa olunub) Suriyalılara həsr edib.
Zeyn öz ad gününü 3,9 milyon Facebook fanları ilə, onlardan ABŞ kökənli xeyriyyə təşkilatının[27] Afrikada su çənlərinin tikilməsi üçün maddi yardım[28] etmələrini xahiş edərək qeyd etmişdir. Onun fanları bir neçə həftə ərzində 15.000 $-dan çox pul ödəmişdirlər.
Zeyn Londonda Fələstinlilər üçün olan mitinqdə minlərlə iştirakçıların yanında İsrail ordusunun Qəzzadakı[29] hadisələrinə son verməsi üçün səsləndi. Zeyn 2014-cü ilin avqustunda "The Great Wall of China Trek 2014"-də Human Appeal-ın iştirakı ilə 10 gün Qəzzadakı uşaqların içməli su ilə təmin olunması üçün humanitar yardımın yığılmasında iştirak etmişdir.[30][31][32]
Zeyn 2014-də növbəti təlimi Nansen Refugee Award Ceremony-də UNHCR (Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı) ilə Livana Suriya qaçqınları ilə vaxt keçirməyə və UNHCR-nın sərhəddəki işlərini[33] görmək üçün getmişdir. Zeyn Cenevrədə Batiment des Forces Motrices üçün mükafatlandırma mərasimində qaçqınlar haqqında "One day" mahnısını səsləndirmişdir.[34][35]


Şəxsi həyatı


Mahir Zeyn 2009-cu ildə ailə həyatı qurmuşdur.[36]

 

İstinadlar

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ