EURO 1,8782 TRY 0,2955
USD 1,7 RUB 0,0267

Əli Həsənov kimdir?

Əli Həsənov kimdir?
Əli Həsənov kimdir?

Əli Şamil oğlu Həsənov 1948-ci il aprelin 10-da Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olmuşdur.

1964-cü ildə Böyük Mərcanlı kənd orta məktəbini bitirmişdir.

1964-1969-cu illərdə Azərbaycan Neft və Kimya İnstitutunun mexanika fakültəsində təhsil almışdır. 1981-1985-ci illrədə Bakı Ali Partiya Məktəbində təhsilini davam etdirmişdir.

Əmək fəaliyyətinə 1969-cu ildə "Azərneftkimyaquraşdırma" Tresti Birinci Sumqayıt quraşdırma idarəsində usta kimi başlamışdır. Sonralar həmin idarədə iş icraçısı, baş iş icraçısı, şöbə müdiri, baş mühəndis vəzifələrində işləmişdir.

1978-ci ildən "Kimyasənaye" İstehsalat Birliyində baş direktorun əsaslı tikinti üzrə müavini, elə həmin ildən SSRİ Kimya Nazirliyi "Sumqayıt kimyasənaye" Birliyi baş direktorun tikinti üzrə müavini,
1979-cu ildən "Üzvisintez" İstehsalat Birliyində tikinti üzrə direktor müavini,
1980-cı ildən Sumqayıt Şəhər İcraiyyə Komitəsi sədrinin müavini,
1980-1983-cü illərdə Sumqayıt Şəhər Partiya Komitəsinin ikinci katibi,
1983-cü ildən Sumqayıt Şəhər İcraiyyə Komitəsi sədrinin birinci müavini,
1991-ci ildən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini,
1993-cü ildən "Azərkimya" Dövlət Şirkəti prezidentinin müavini, birinci müavini,
1997-1998-ci illərdə isə Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin sədri vəzifələrində çalışmışdır.
1990-cı ildə respublika Ali Sovetinin deputatı,
1996-cı ildə isə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.
1998-ci ilin noyabr ayından Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədridir. Eyni zamanda Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri.

2018 - ci il Baş nazirin müavini təyin olunub.

2019-cu il 21 oktyabrda prezidentin qərarı ilə bu vəzifədən çıxarılıb.

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 aprel tarixli Sərəncamı ilə dövlət qulluğunda göstərdiyi səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilmişdir.

2013-cü ildə Yeni Azərbaycan Partiyasının V qurultayında YAP Sədrinin müavini seçilmişdir.

Ailəlidir, 2 övladı var.

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ