Hikmət Hacıyev kimdir?

Prezidentin köməkçisi Hikmət Hacıyev kimdir?

Hikmət Hacıyev 1979-cu ildə Gəncə şəhərində anadan olub və buradakı 24 saylı orta məktəbi bitirib. Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakültəsinin bakalavr və magistr pillələrini bitirmişdir. NATO-nun Müdafiə kolleci, Təhlükəsizlik məsələlərinin tədqiqi üzrə Corc Marşal mərkəzi və Belçikanın ULB universitetinin magistr pilləsinin məzunudur.

Hikmət Hacıyev 2000-ci ildən Azərbaycan Xarici İşlər Nazirliyi sistemində çalışmışdır. Müxtəlif illərdə o, Azərbaycanın NATO nümayəndəliyində, Azərbaycanın Küveytdəki səfirliyində işləyib. 2008-ci ildən isə Hikmət Hacıyev Xarici İşlər Nazirliyində Təhlükəsizlik problemləri departamentinin 2-ci katibi vəzifəsini, 2011-ci ildən isə Azərbaycanın Misirdəki səfirliyində müşavir vəzifəsini tutub.

2013-cü ilin avqustunda Azərbaycan Respublikasının Misirdəki səfirliyinin müşaviri kimi uzunmüddətli xarici xidməti ezamiyyətini başa vuraraq Xarici İşlər Nazirliyinə qayıtmışdır. 2013-cü ilin sentyabrından Xarici İşlər Nazirliyində şöbə müdiri vəzifəsində işləmişdir.

Hikmət Hacıyev 2014-cü ildən 2018-ci ilə qədər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışmışdır.

9 iyul 2018-ci ildə "Diplomatik xidmətdə fərqlənməyə görə" medalı, 9 iyul 2019-cu ildə isə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur.

18 sentyabr 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsi müdirinin müavini, 26 noyabr 2018-ci ildə isə bu şöbənin müdiri, 29 noyabr 2019-cu ildə isə Azərbaycan Respublikası Prezidentinin köməkçisi təyin olunmuşdur.

Rus, türk, ingilis və fransız dillərini bilir.

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ