EURO 1,9044 TRY 0,2527
USD 1,7 RUB 0,0248

Heydər Baş kimdir?

Haydar Baş kim idi?

Heydər Baş 1947-ci ildə Türkiyənin Trabzon şəhərində dünyaya gəlib. İlk, orta məktəb təhsilini Trabzonda alıb.

Ali Təhsilini Kayseri Erciyes Universitetində bitirib.

Magistratura təhsilini Bakı Dövlət Universitetində davam edib.

BDU-da doktorluq disertasiyasını müdafiə edən Heydər Baş, professorluğunu da burada alıb. 13 il BDU-da müəllim edən Haydar Baş araşdırmaçı, yazar, iş adamı, sənayeçi kimi də tanınırdı. islamazeri.com

Milli iqtisadiyyat modeli və inkişaf layihələri adlı kitabı ilə özünün iqtisadi layihəsini təqdim edib. Bundan başqa çox sayda kitaba sahib olan Heydər Başın tezisləri bir çox universitetlərdə mövzu edilirdi.

Professor Heydər Başın bütün dünyada ən məhşur tezisi isə, kapitalizmə qarşı Milli İqtisadi Modeli olub. Bu tezisləri Türkiyə, Azərbaycan, Almaniya, Şimali Kipr Türk Respublikasında konqreslərdə oxunub. Baş Şirkətlər Qrupu, Baş Plastik fabrikləri, Baş Ticarət Şirkətləri və sənaye şirkətlərinə sahib idi.

Uğurlu ticari işlərilə Türkiyədə tanınan Heydər Baş bir neçə media orqanı da yaratmışdı. Sosioloji, iqtisadiyyat sahəsilə yanaşı ilahiyyat elmilə də yaxından maraqlanırdı. islamazeri.com

"Aləmlərə Rəhmət", "İmam Əli", "Xanım Zəhra", "İmam Həsən", "İmam Hüseyn" və digər İslami mövzuda kitabları varıydı.

"Tohidin mərkəzi Əhlibeyt" kitabı isə vəhabiyyət və təriqətçilərin əsas hədəflərindən birinə çevrilmişdi. 

Heydər Baş 2001-ci ildən Bağımsız Türkiyə Partiyasının da sədrliyini icra edirdi. Aktiv siyasi fəaliyyəti olan lider ABŞ-ın Yaxın Şərq layihələrini tənqid atəşinə tuturdu. Fələstin işğalını tənqid edən Heydər Baş İsrailə qarşı mövqedə idi.

Mavi Mərmərə gəmisinə hücum zamanı dövlət rəsmilərini İsrailə qarşı sərt addım atmağa çağırmışdı. FETÖ-ya qarşı da düşmən mövqedə olan Heydər Baş 15 iyul çevrilişə cəhdin baş tutmamasını qələbə adlandırmışdı. O Fətullahçı terror qruplaşmasının əslində bəzi güclərin əlaltısı olduğunu deyirdi.

ABŞ-ın İraqda İranlı general Süleymani və iraqlı komandanı hədəfə almasını da qınamışdı. Heydər Baş bu əməliyyatı “xain plan” adlandırmışdı.

2020 10 apreldə Heydər Baş Trabzonda koronavirus şübhəsilə xəstəxanaya yatırılıb. 14 apreldə həkimlərin uzun sürən müdaxiləsinə baxmayaraq Heydər Baş həyatını itirib. Ərdoğan və digər siyasi liderlər onun vəfatı ilə başsağlığı mesajı verib.

islamazeri.com

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ