EURO 1,9349 NEFT 56,41
USD 1,7 RUB 0,0253

Gündüz İsmayılov kimdir?

Gündüz İsmayılov kimdir?

Həyatı

Gündüz Kamil oğlu İsmayılov 1 aprel 1982-ci ildə Laçın rayonunun Zabux kəndində anadan olmuşdur. 10 yaşınadək doğulduğu kənddə yaşamış və ilk təhsilini də orada almışdır. Laçın rayonu işğal edildikdən sonra ailəsi ilə birlikdə Bakı şəhərinin Pirşağı qəsəbəsində məskunlaşmışdır. Təhsilini Bakıdakı A.S.Makarenko adına Humanitar təmayüllü Gimnaziyada və Zəkalılar Liseyində davam etdirmişdir.

1999-2011-ci illərdə Bakı Dövlət Universitetində, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında və Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Fizuli adına Əlyazmalar İnstitutunun aspiranturasında təhsil almışdır.

1999-cu ilin avqustundan 2006-cı ilin oktyabrınadək "525-ci qəzet"də müxbir, siyasət şöbəsinin müdiri işləmişdir.

2006-2011-cı illərdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində məsləhətçi, şöbə müdiri əvəzi, şöbə müdiri işləmişdir.

18 fevral 2011-ci ildə DQİDK-in sədrinin müavini vəzifəsinə təyin edilmişdir.

Ailəlidir; 2 oğlu var.

 

Kitabları
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz. Bakı, "Nurlar", 2014, 240 s. (azərb.)
Azərbaycanda dini məsələ: təhdidlər və hədəflər. Bakı, 2016, 292 s. (azərb.)


Filmoqrafiya
Fitnə (film, 2016)
Şəhadət (film, 2017)

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ