EURO 1,9848 NEFT 78,63
USD 1,7 RUB 0,0253

Bəxtiyar Hacıyev kimdir?

Bəxtiyar Hacıyev kimdir?

Həyatı


Hacıyev Bəxtiyar İlyas oğlu 1998-2000-ci illərdə Respublika Fənn Olimpiadalarında fizika fənni üzrə 2-ci və 3-cü yerləri tutmuşdur. 2000-ci ildə Bakı Özəl Türk Liseyinin Ağdaş filialını fərqlənmə ilə bitirmş,hemcinin 2000-ci ildə İngiltərədə Beynəlxalq Fizika Olimpiadasında (IPhO) həvəsləndirici mükafat qazanmışdır. 2004-cü ildə Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat fakültəsindən məzun olmuş və bir müddət Xəzər Universitetində təhsil almışdır.2004-2006-cı illərdə Beynəlxalq Elm Olimpiadası (IJSO) Beynəlxalq İdarə Heyətinin üzvü və Azərbaycan komandasının rəhbəri olmuşdur. ABŞ-da yerləşən Təhsil İnkişaf Mərkəzinin (EDC) dəstəyi ilə Şəffaf Təhsil Şəbəkəsi (TEN) regional koordinatoru vəzifəsində çalışmışdır.2005-ci ildə BMT Baş Assambleyasının 60-cı sessiyası zamanı Azərbaycanın gənc nümayəndəsi olmuş və Baş Assambleyanın plenar iclasında çıxış etmişdir. 2005-2007-ci illərdə dünyanın ən böyük tələbə təşkilatı AIESEC-in Azərbaycan nümayəndəliyinin qurucusu və rəhbəri olmuşdur.2007-2009-cu illərdə Harvard Universitetində İctimai Siyasət üzrə magistratura pilləsində təhsil görmüş, MPP (Master in Public Policy) dərəcəsi almışdır.2010-cu il parlament seçkilərində namizəd olmuş və rəsmi nəticələrə görə 749 səs toplayaraq dairəsində üçüncü olmuşdur. Seçki prosesində baş verən saxtakarlıqlar barədə faktlar onun tərəfindən Avropa İnsan Hüquqları məhkəməsinə təqdim edilmişdir. Həmin ilin may-iyun aylarında Dünya Bankının Vaşinqtondakı baş ofisində, qısa müddətli konsultant vəzifəsində (STC) çalışmışdır.

 

Həbs edilməsi


18 noyabrda 2010-cu ildə, çağırış müddəti olmadığı, namizəd kimi toxunulmazlığının davam etdiyi bir halda, təhsili ilə bağlı Gürcüstana gedərkən sərhəddə saxlanmış və ona zorla 2011-ci il yanvar ayında hərbi xidmətə gedəcəyinə dair sanəd imzalatdırılmağa çalışılsa da haqlı olaraq etiraz etmişdir. 2011-ci il yanvar çağırışı zamanı isə bir çox konstitusion hüquqlarının Azərbaycan dövlətinin müxtəlif orqanları tərəfindən pozulmasına, təhdidlərə baxmayaraq, vətənə xidmətdən imtina etməmiş, Azərbaycan Respublikasının Konstitusiyasının 76-cı maddəsinin 2-ci bəndinə əsasən alternativ xidmət hüququndan istifadə edərək Vətənə borcunu ödəmək istədiyini bildirsə də onun haqqında cinayət işi açılmışdır.

Ölkədə baş verən hüquq pozuntuları ilə bağlı gənclərin internet üzərində elan etdikləri dinc aksiyaya dəstək verməsi hakim qüvvələrin daha böyük qəzəbinə səbəb olmuşdur. 4 mart 2011-ci ildə həbs edilmiş, 4-5 mart tarixlərində işkəncələrə məruz qalmış, 18 may 2011-ci ildə, guya 2006-cı ildən etibarən hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrum edilmişdir.

Amnesty International, Human Rights Watch, Freedom House, Freedom Now kimi beynəlxalq təşkilatlar tərəfindən "vicdan məhbusu" elan edilmişdir.

Həbsdə olduğu müddət ərzində Azərbaycan müstəqil fikirli və xaricdə təhsil almış gəncləri, məzunu olduğu Harvard universitetinin professor və müəllim heyəti, Azərbaycan nümayəndəliyinin qurucusu olduğu AIESEC təşkilatının dünyanın 4 bir tərəfindən olan üzvləri və məzunları, ABŞ senatorları, Avropa Parlamenti, Avropa İttifaqı rəsmilərinin çoxsaylı müraciətlərinə rəğmən 15 ay həbsdə saxlanmış, ABŞ Dövlət Katibi xanım Hillari Klintonun 2012-ci il iyunun 6-da edəcəyi Azərbaycan səfərindən iki gün öncə 4 iyun 2012-ci ildə Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa buraxılmışdır. Dövlət Katibi ilə yenicə azadlığa buraxılmış Bəxtiyar Hacıyev arasında görüş olmuşdur.

 

Əvvəlki təzyiqlər


2004-2005-ci illərdə "Təhsildə rüşvətə YOX deyək" adlı aksiya keçirməsi səbəbi ilə təzyiqlərə məruz qalmışdır.

2007-ci ilin yanvarında, işıq, su, qaz pullarının birdən-birə 2-3 dəfə qaldırılmasına etiraz əlaməti olaraq "susmayaq.biz" saytını quraraq, imzatoplama kampaniyası apardığına görə sayta Azərbaycandan giriş bağlanmış, özü 12 sutkalıq həbs edilmiş, iki gün sonra Apellyasiya məhkəməsi qərarı ilə azad edilmişdir. Adı xaricdə təhsil üçün təqaüd alan gənclər siyahısından çıxarılmış və dünyanın ən nüfüzlu universitetində təhsil üçün təqaüd verilməmişdir.

Bəxtiyar Hacıyev ictimai fəaliyyətinə müxtəlif layihələr və s. ilə davam etməkdədir.

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ