EURO 1,8968 TRY 0,2935
USD 1,7 RUB 0,0266

Arif Əsgərov kimdir?

Arif Əsgərov kimdir?

Arif Nəriman oğlu Əsgərov 1961-ci il yanvarın 1-də Tovuz rayonunun Qovlar qəsəbəsində anadan omuşdur. 1982-ci ildə Lenin Ordenli və Qırmızı Əmək Bayrağı Ordenli Moskva Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunun «Dəmir yolunun iqtisadiyyati və idarə edilməsi» ixtisasını bitirmişdir.

1982-1989–cu illərdə Azərbaycan dəmir yolu Bakı maliyyə şöbəsinin müffətişi, 1989-1993–cü illərdə yolun mühasibat və maliyyə xidməti rəisinin müavini, 1993-1993–cü illərdə yolun maliyyə xidmətinin rəisi, 1993-1994–cü illərdə yolun maliyyə xidməti rəisinin müavini, 1994-1996–cı illərdə «Azərreyl» Səhmdar Cəmiyyətinin Baş direktorun 1-ci müavini, 1996-cı ildə Azərbaycan Dövlət Dəmir Yolu maliyyə və məlumat xidmətinin rəisi, 1996-2000–ci illərdə yolun maliyyə xidmətinin rəisi, 2000-2003-cü illərdə yolun «Tarif və nəqliyyatservis» xidmətinin rəisi, 2003-2004-cü illərdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi Maliyyə və kredit departamentinin rəisi, 2004-2009–cu illərdə Azərbaycan Dövlət Dəmir Yolunun rəisi, 2009-2015-ci illərdə isə «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Nəqliyyat nazirinin müavini təyin edilmişdir. 13 fevral 2017-ci il tarixinə, nazirlik ləğv edilənə qədər bu vəzifəni icra edib.

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ