EURO 1,9267 NEFT 67,11
USD 1,7 RUB 0,0258

Amaliya Pənahova kimdir?

Amaliya Pənahova kimdir?

Həyatı

 

Amaliya Pənahova 1945-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1966-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu ixtisasını bitirmişdir.

 

1964-cü ildən ömrünün sonunadək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaratmışdır. Onlardan Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi rolları qeyd etmək olar.

 

1968-ci və 1972-ci illərdə Azərbaycan Lenin Komsomolu və Azərbaycan SSR Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür. Teatr və kino sənətinin inkişafındakı böyük xidmətlərinə görə ona 1974-cü ildə Azərbaycan SSR əməkdar artisti, 1985-ci ildə isə Azərbaycan SSR xalq artisti fəxri adı verilmişdir.

 

1982-ci ildə ilin aktrisası elan edilmiş, 1998-ci ildə isə türk dünyasının birinci kino festivalında türk dünyasının altı populyar aktyoru sırasında adı qeyd olunmuşdur.

 

Aktrisa həmçinin bacarıqlı rejissor kimi də özünü sınamışdır. 43 illik sənət fəaliyyəti dövründə 12 tele və teatr tamaşasına quruluş vermişdir ki, bunların çoxu lentə alınıb, hazırda televiziyanın Qızıl fondunda saxlanılır. Bunlardan İ. Əfəndiyevin "Mənim günahım", M. Muradın "Təkan", M. Qurbanovun "Sənsiz", O. Altunbayın "Tomris", A. Məmmədovun "Dəli Domrul" və s. xüsusi qeyd etmək olar.

 

1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaratmış və bu teatra orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb etmiş və onların yaradıcılıq qabiliyyətinin inkişafı üçün hər cür lazımi şərait yaratmışdır. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə dərs demək üçün dəvət olunmuşdur və universitetin professorudur. Dərs dediyi tələbələrin əksəriyyəti Bakı Bələdiyyə Teatrında onunla birgə çalımışdırlar.

 

Amaliya Pənahova prezident təqaüdçüsü olmuşdur. 2000-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili, sosial-siyasət daimi komissiyasının üzvü, MDB Parlamentlərarası Mədəniyyət, İnformasiya, Turizm, İdman daimi Komissiyasının sədri, İtaliya-Azərbaycan Parlamentlərin işçi qrupunun sədri olmuşdur.

 

2013-cü ildə "Obrazın yaranma prosesində aktyor yaradıcılığında ikinci planın təcəssüm vasitələri" mövzusunda doktorluq işini müdafiə edərək sənətşünaslıq elmləri doktoru elmi adını almışdır.

 

17 iyun 2015-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilmişdir.

 

Ailəsi

 

Aktyor Yusif Muxtarovun həyat yoldaşı olmuşdur.

 

Oğlu İlqar Muxtarov Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiridir. 14 aprel 2009-cu ildən 27 yanvar 2016-cı ilədək Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında və eyni zamanda Kosta Rika Respublikasında, Qvatemala Respublikasında, Kolumbiya Respublikasında, Panama Respublikasında, Peru Respublikasında və Honduras Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.

 

Vəfatı

 

Bir müddət xərçəng xəstəliyindən əziyyət çəkən Amaliya Pənahova 8 noyabr 2018-ci ildə vəfat etmişdir.

 

Filmoqrafiya

 

Cazibə Qüvvəsi (1964)

İstintaq davam edir (film, 1966)

Sən niyə susursan? (film, 1966) - Leyla

Qanun naminə (film, 1968)

Bizim Cəbiş müəllim (film, 1969)

O qızı tapın (film, 1970)

Ən vacib müsahibə (film, 1971)

Gün keçdi (film, 1971)

Həyat bizi sınayır (film, 1972) - Münəvvər

Xatirələr sahili (film, 1972) - Xalidə

Var olun, qızlar... (film, 1972)

Bizim küçənin oğlanları (film, 1973)

Cırtdanın yeni sərgüzəşti (film, 1973)

Səmt küləyi (film, 1973) - Xədicə

Şahzadə-qara qızıl (film, 1974)

Dədə Qorqud (film, 1975)

Alma almaya bənzər (film, 1975)

Mezozoy əhvalatı (film, 1976) - Nərminə

Ürək... Ürək... (film, 1976)

Qərib cinlər diyarında (film, 1977) - Zərrintac

Arxadan vurulan zərbə (film, 1977) - Ziba

Bir ailəlik bağ evi (film, 1978)

Fənd (film, 1978)

Babək (film, 1979) - Zərnisə

Qəribə adam (film, 1979)

Mən mahnı qoşuram (film, 1979)

Gözlə məni (film, 1980) - Fəxrəndə

Qızıl uçurum (film, 1980)

Ömrün yolları (film, 1982)

Salam, Zeynəb! (film, 1982)

Musiqi müəllimi (film, 1983)

Mənim günahım (film, 1985)

Bircəciyim (film, 1986)

Lətifə (film, 1989)

Sənsiz (film, 1989)

Mənim ağ şəhərim (film, 1994)

Səhər (veriliş, 1995)

Min birinci söz (film, 1997)

Sən həmişə bizimləsən (film, 1997)

Tikdim ki, izim qala. III film (film, 1998)

Bizim qəribə taleyimiz (film, 2005)

Nəfəs (2007)

Cavad xan. filmin filmi. 5-ci veriliş (film, 2007)

Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007)

Cavad xan (film, 2009) - Darya

 

Mükafatları


"Əməkdar Artist" fəxri adı - 1 iyun 1974

"Xalq Artisti" fəxri adı - 1985

"Şöhrət" ordeni - 8 iyul 1995

"Şərəf" ordeni - 2013

"Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"

"Sənətşünaslıq elmləri doktoru"

"Lenin komsomolu mükafatı"

"Azərbaycan SSR Dövlət mükafatı" (1972)

"Əməkdar elm və mədəniyyət xadimi"

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ