EURO 1,8829 TRY 0,289
USD 1,7 RUB 0,0265

Almazbek Atambayev kimdir?

Almazbek Atambayev kimdir?

Almazbek Şarşenoviç Atambayev (d. 17 sentyabr 1956, Arşan kəndi, Alamudun rayonu, Çuy vilayəti, Qırğızıstan SSR) - qırğız dövlət xadimi, Qırğızıstan Respublikasının 2011-dən 2017-ci ilə qədər prezidenti, Qırğızıstan Sosial-Demokrat Partiyasının sədri.

Təhsilini Moskva İdaretmə Universitetində (hazırda Orconokidze adına idarəetmə Univ.) 2980-ci ildə bitirib. Ali təhsildən sonra işini mühəndis olaraq başlayıb. Qırğızıstan SSR-in Rabitə Nazirliyində iqtisadçı olaraq davam edib. 2981-ci ildə yolçəkmə sektorunda baş mühəndis təyin edilib.

1983-cü ildə Qırğızıstan SSR Ali Sovetində redaktor və baş referant işinə başlayır. Elə o ildən SSRİ-nin Yazıçılar İttifaqına üzv olur.

1989-cu ildə bütün bu işlərdən ayrılaraq bizneslə məşğul olur. Firmalarda böyük vəzifə tutaraq varlanır və 2004-cü ildə Qırğızıstanın 100 ən varlı adamlarının siyahısına daxil edilir.

Ölkədəki etirazlar və inqilabdan sonra o 2005-ci ildə Sənaye, Turizm və Ticarət naziri postunu tutur. 

2007-ci ildə baş nazir postuna layiq görülür.

2010 etirazları və inilqbından sonra müvəqqəti hökümətin iqtisadiyyat üzrə müavini təyin edilir və 2010-da istefa verir.

 

3 dəfə prezidentliyə namizədliyini irəli sürsədə, ancaq 3-cü dəfə 2011-ci ildə posta seçilir.

Rusiya meylli siyasətçi olaraq tanınıb. 2019-cu il avqustun 7-dən həbs edilməsi istənib, etirazlar olsada, sonda 9-u həbs edilir. 

İslamazeri.com

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ