Abdullah Şallah kimdir?

Ramazan Abdullah Şallah kimdir?

İslami Cihad Hərəkatı lideri Ramazan  Abdullah Şallah

1958-ci ildə Qəzzanın Şücaiyyə məhəlləsində dünyaya gəlib.

Orta təhsilini Fələstində aldıqdan sonra, Misirdə Əz Zaqaziq Universitetində iqtisadiyyat fakültəsinə daxil, 1981-ci ildə məzun olub.

Doktorluq dərəcəsinə İngiltərədə aldıqdan sonra Cənubi Florida Universitetində Yaxın Şərq Araşdırmaları Fakültəsində müəllimlik edib.

 1995-ci ildə Maltada İsrail tərəfindən qətlə yetirilən Fəthi Şikakinin yerinə İslami Cihad Hərəkatının sədri seçilir.

O 2-ci Fələstin İntifadası dövründə İsrail hədəflərinə böyük "cihad" əməliyyatlarında ittiham olunub.

ABŞ onu 2003-cü ildə "terrorçu" siyahısına salaraq, 2017-ci ildə FTB-nun "axtarışda olanlar" siyahısına əlavə edilib.

2018-ci ilin aprel ayında Livanda Şallahın səhhətilə bağlı məlumat yayılsa da, İslami Cihad bununla baölı açıqlama yayaraq "ürək əməliyyatı keçirən Şallahın durumunun stabil olduğunu" bildirmişdi.

O 7 iyun uzun sürən xəstəlikdən sonra haqqın rəhmətinə gedib.

Fələstin Müqaviməti, İran və Hizbullah, həmçinin Türkiyə Şallahın vəfatı münasibətiə başsağlığı mesajı veriblər.

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ