Şimali Koreya lideri Rusiyaya səfər edib.

İslamazeri.com-un “Russia Today”-ə istinadən verdiyi xəbərə əsasən, Şimali Koreya lideri Kim Çen In zirehli qatarla Rusiyanın Vladivostok şəhərinə gəlib. O, burada Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparacaq.
İki liderin görüşü isə 25 Aprel tarixinə planlaşdırılıb.
Kim Çen Inın Aprelin 27-si səhərədək Vladivostokda olacağı qeyd edilir. Onun şəhərdə bir sıra obyektləri ziyarət edəcəyi də deyilir.
“Mən Rusiya ərazisində olmağa şadam”, - deyə Şimali Koreya lideri bildirib.
Bu səfərin onda xoş xatirələr buraxacağına ümid etdiyi deyən Kim Çen In əlavə edib ki, onun Rusiyada bu səfəri hələ sonuncu səfər deyil.
Kim Çen In Rusiyada: Bu, mənim son səfərim deyil!