EURO 1,9817 NEFT 75,33
USD 1,7 RUB 0,0273
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:09.07.2018 16:33:58

"Türkmənlərin haqlarının tapdanması durumunda xalq küçəyə çıxacaq".

"Türkmənlərin haqlarının tapdanması durumunda xalq küçəyə çıxacaq".

Bu sözləri APA-nın Türkiyə bürosuna açıqlamasında İraqın Kərkük şəhərində nəşr olunan “Kərkükün səsi” qəzetinin məsul katibi Güngör Yavuz Aslan deyib.

“Kərkükdə səslərin əllə sayılması dayandırılaraq seçki qutuları Bağdada aparılıb. Bölgədəki son vəziyyət barədə nə demək istərdiniz?” - sualına Y. G. Aslan belə cavab verib:

“Mayın 12-də keçirilən parlament seçkisində sadəcə türkmənlərin yaşadığı bölgələrdə İraq Kürdüstan Yurdsevərlər Birliyi birinci yerə çıxmışdı. Halbuki oralarda kürd yaşamır. Türkmənlər buna etiraz etdilər. İraq Mərkəzi Seçki Komissiyası bölgədə səslərin əllə sayılmasına qərar verdi. 400 qutu açılandan sonra məlum oldu ki, bölgədəki səsvermədə türkmənlərin namizədləri qələbə qazanıb, ona görə səslərin sayılmasını dayandırıb, dedilər ki, bununla bağlı Bağdad qərar versin. İraq Türkmən Cəbhəsinin sədri Ərşad Salehinin açıqlamasını gözləyirik. Bağdad ədalətli qərarı gecikdirsə, Salehi xalqı küçəyə çıxmağa çağıracaq”.

G. Y. Aslan bölgədəki haqsızlığa qarşı ərəblərin də türkmənlərlə birlikdə mübarizə apardığını və dinc aksiyalara start verilməsi halında türkmənlərin haqlarını müdafiə etmək üçün ərəblərin də küçələrə çıxacağını sözlərinə əlavə edib.


Kərküklü jurnalist: “Bağdad seçki ilə bağlı ədalətli qərar verməsə, xalq küçələrə çıxacaq”

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Fransa xarici işlər naziri: Trampın Avropanın stabilliyini pozmasına imkan vermərik
    Fransanın xarici işlər naziri Jan-İv Lö Drian ABŞ Prezidenti Donald Trampın Avropanın stabilliyini pozmasına yol verməyəcəklərini vurğulayıb.
     16.07.2018
    İran sanksiyalarla mübarizə paketi hazırlayıb
    Ruhani kabineti beş il sonra ilk dəfə xarici ölkələrin vədlərini nəzərə almadan ölkənin iqtisadi problemlərindən çıxış məqsədilə bir paket hazırlamış olur.
     16.07.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ