1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:09.10.2018 12:54:12

Müayinələr zamanı Fazil Məmmədovda pankreatit aşkarlanmışdı.

Türkiyədəki "American Hastanesi”ndə müalicəsini başa vuran eks-vergilər naziri Fazil Məmmədovun qardaş ölkədəki məşhur "Çırağan Palace”da istirahət etdiyi barədə bir müddət əvvəl xəbər vermişdik.

Türkiyədəki mənbə onun bir neçə ay oteldə qalacağını vurğulayırdı. Modern.az-ın F.Məmmədovla bağlı əldə etdiyi sonuncu məlumata görə, sabiq nazirin səhhəti tam olaraq, normallaşmadığından Azərbaycana qayıda bilmir.

Belə ki, eks-nazir uzun müddət müalicə almasına baxmayaraq, tez-tez hərarəti qalxır. Həkimlərsə onun daha bir kurs müalicə almasını tövsiyə edirlər...

Xatırladaq ki, bir müddət Gəncə Beynəlxalq Hospitalında tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altında müalicə alan Fazil Məmmədovun sonrakı müalicəsinin Türkiyədə davam etdirilməsi qərara alınıb. F.Məmmədov Fransadan xüsusi sifarişlə gətirilən ambulans təyyarə ilə Türkiyəyə aparılıb. O "American Hastahanesi”nin professorları Orhan Bilge və Mustafa Keremin nəzarətində olub.

Müayinələr zamanı Fazil Məmmədovda pankreatit aşkarlanmışdı.

Məlumat üçün bildirək ki, pankreatit mədəaltı vəzin iltihabi xəstəliyidir. Kəskin və xroniki pankreatit olmaqla iki yerə bölünür. Kəskin pankreatit zamanı iltihabi proses sürətlə bir neçə gün ərzində inkişaf edir. Bu adətən tamamilə heç bir iz buraxmadan keçib gedir. Bəzən isə xəstəlik çox təhlükəli olur.
Xroniki pankreatit zamanı iltihab davamlı xarakter daşıyır və iltihabi proses daha yüngül xarakterli olur. 10 haldan 8-ində bu xəstəliyə səbəb öd daşları və spirtli içkidir. Digər səbəblərə az rast gəlinir.


Keçmiş nazir Azərbaycana qayıda bilmir - SƏBƏB

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İraq xalqı İsrailə qarşı imza kampaniyası başladıb
    İraq xalqı "Sionist İsrail rejimi ilə hər hansı bir əməkdaşlıq və qarşılıqlı əlaqənin İraqa xəyanət olduğunu vurğulayıb.
     22.02.2019
    Səudiyyə Ərəbistanında həbsdə olan din xadimi aclıq aksiyasına başlayıb
    Səudiyyə rəsmiləri hələlik məsələyə dair bir açıqlama verməyib.
     21.02.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ