EURO 1,9396 TRY 0,2933
USD 1,7 RUB 0,0272
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:11.01.2019 16:20:44

Vüsal Hüseynov: "2018-ci ildə ölkəyə gələn əcnəbilərin sayında 6% artım olub"

"2018-ci il ərzində 2 845 697 əcnəbinin və vətəndaşlığı olmayan şəxsin ölkəyə daxil olduğu qeydə alınıb. Bu da ölkəyə gələn əcnəbilərin sayında 6 faiz artım olduğunu göstərir".

"Report" xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) 2018-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında DMX rəisi Vüsal Hüseynov deyib.

O bildirib ki, hesabat dövründə 740 841 əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınıb: "İl ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, vətəndaşlıqdan çıxma, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 82 953 müraciət daxil olub".


Keçən il Azərbaycana gələn əcnəbilərin sayı artıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda göydən daş
    Hadisə Xətai rayonu Sarayevo küçəsində baş verib
     25.06.2019
    Gürcüstanda yeni parlament sədri seçildi
    Gürcüstan parlamentinin bugünkü plenar iclasında Arçil Talakvadze spiker seçilib.
     25.06.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ