1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:01.06.2020 10:14:52

Bu gündən etibarən Azərbaycanda xüsusi karantin rejiminin müddəti 15 iyun saat 00:00-dək uzadılıb

 İslamazeri.com xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə mart ayından başlayan karantin rejimi yenidən uzadılıb.

Karantin rejiminin uzadılmasına baxmayaraq qaydalar yumşaldılıb. Bu gündən iri ticarət mərkəzləri fəaliyyətə başlayır və kafe, restoranların iş saatının bitməsi axşam 22:00-a kimi uzadılır.

İri ticarət mərkəzləri açılsa da onların tərkibindəki əyləncə mərkəzləri hələ də bağlı qalır.

Bundan başqa ictimai yerlərdə əhalinin maska taxmamasına görə cərimə məbləği də artırılır və bəzi yerlərdə əhalinin maska taxması məcburi hesab olunacaq.

Maska taxmamağa görə, cərimənin məbləi isə fiziki şəxslər üçün 50 manat nəzərdə tutulub. Yeni qaydalar nədir və nəyi nəzərdə tutur?

İşçilərin say həddinə qadağa qaldırılır

Yeni qərara əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonundakı dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması qaydası ləğv olunur.

İctimai iaşə məkanlarında xidmət saatı uzadılıb

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonundakı restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət səhər saat 8-dən axşam 10-dək həyata keçirilməsinə də icazə verilib.

Burada əsas qadağa qəlyan avadanlıqlarından istifadəyədir.

"Mall"ar açılır, amma əyləncə mərkəzləri yox

Ölkə ərazisində iri ticarət mərkəzlərinin və "Mall"arın fəaliyyəti də bərpa olunur, lakin onların nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyəti istisnadır.

Bundan başqa, təşkil olunan kütləvi şənliklər, məclislərdə adam sayı 10-dan artıq ola bilməz.

Uşaq bağçaları açılırmı?

Hələ ki, yox. Nazirlər Kabineti mətbuat xidməti rəhbərinin dediyinə görə, hazırkı mərhələdə bu, nəzərdə tutulmur.

"Uşaq bağçalarının açılması bu gün uşaqları çox böyük risk altına qoya bilər, ona görə də, bu hələ ki, məqbul sayılmır," - İbrahim Məmmədov deyib.

Cümə günü Nazirlər Kabineti tənəffüs yollarını qoruyan vasitələrin istifadəsi ilə bağlı tələbləri açıqlayıb. Qərara əsasən, sosial məsafəni gözləmək şərtiylə maskalar şəhərlərarası və şəhərdaxili sərnişindaşımada istifadə olunan nəqliyyatda (avtobus, taksi, metro, dəmiryolu və s.) taxılmalıdır. Maskaların (tibbi maska, parça maska, respirator və sair) taxılması qaydası bazar, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində də şamil olunur.

Bundan başqa, dövlət orqanlarının binalarında vətəndaşların qəbulu və onlara xidmət üçün nəzərdə tutulan sahələrdə də maska taxmaq qaydasına əməl olunmalıdır. İnsanların açıq havada, ictimai yerlərdə toplaşdığı halda sosial məsafəni gözləmək mümkün olmasa, maska taxmaq qaydası tətbiq edilməlidir.

Maskalar həmçinin, tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə taxılmalıdır, qərarda deyilir.

İbadət yerləri açılırmı?

Maskaların taxılması ilə qaydalara dair son tələblərdə ibadət yerlərinin qeyd edilməsi ilə bağlı suallar yaranıb.

Lakin hökumətin izahatına görə, hazırkı mərhələdə ibadət yerlərinin açılması gündəmdə deyil.

"Hər şey vəziyyətdən, yoluxmanın səviyyəsindən asılıdır. İndiki mərhələdə ibadət yerlərinin açılması məsələsi yoxdur. Ümumiyyətlə, qapalı yerlərdə kütləvi toplantıların olması məsələsi hələ ki, yoxdur," - Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri APA agentliyinə bildirib. İbrahim Məmmədov deyib ki, metodiki göstərişlər həm açılan, həm də açılmayan yerlər üçün nəzərdə tutulur.

Qapalı idman zalları açılacaqmı?

Hələ yox, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirilib. Rəsmilərin dediyinə görə, idman zalları qapalı yerlər sayılır və belə məkanlarda yoluxma ehtimalının daha yüksək olduğu üçün, onların açılması nəzərdə tutulmur: "Qapalı rejimlərdə isə bu, hələ ki, məqbul sayılmır," - Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Bu arada açıq havada keçirilən idman yarışlarının, tamaşaçıların iştirakı olmadan, təşkilinə icazə verilir.

Operativ Qərargah bu qaydaların pozulmasına görə, inzibati və cinayət məsuliyyət nəzərdə tutulduğunu vurğulayıb. Qurum əhalini şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə riayət etməyə çağırıb.

Məlumata görə, qoruyucu vasitələrdən istifadə və sosial məsafənin gözlənilməsi mütləqdir.

Azərbaycanda ilk koronavirusa yoluxma halı 28 fevralda qeydə alınıb. Martın 24-dən qüvvədə olan xüsusi karantin rejimi mayın 31-dək uzadılıb.

Nazirlər Kabineti mayın 4-dən etibarən xüsusi karantin rejimini bir qədər yumşaldıb.

BBC Azərbaycanca, APA, Nazirlər Kabineti


Karantinin yeni dönəmi: Nə dəyişdi, hansı qaydalar əlavə olundu?

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • ABŞ Süleymanini öldürməklə təkfirçilərə ən yaxşı hədiyyəni etdi
    Bu sözləri İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani səsləndirib.
     04.07.2020
    “Avropa Gürcüstanı” lideri: Aclıq başlamadan Türkiyə ilə sərhədi açın
    "Avropa Gürcüstanı”nın liderlərindən biri Gigi Uqulava Türkiyə ilə sərhədlərin açılmasına və insanlara işləmək imkanının verilməsinə dair çağırış edib.
     04.07.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ