EURO 1,8968 TRY 0,2935
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:15.08.2019 12:11:30

Qurum Kanada Viza İdarəsi adından müsahibələrin vaxtının təyin edilməsində köməklik göstərir.

Kanada Hökuməti üçün Azərbaycanda viza müraciətçilərinə texniki dəstək göstərən və VFS Global şirkəti ilə birgə Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan Nümayəndəliyi tərəfindən idarə edilən Kanada Viza Müraciət Mərkəzi (CVAC) yeni ünvanda - Yasamal rayonu, İzmir küçəsi, 23-də yerləşən ofisində (Hyatt Regency mehmanxanasının yaxınlığında) fəaliyyətini davam etdirir.

Qeyd edək ki, əvvəl Mərkəz BMT-nin Azərbaycan nümayəndəliyinin binasında yerləşirdi.

Kanada Hökuməti adından fəaliyyət göstərən CVAC müvəqqəti yaşayış kateqoriyalarına aid bütün növ müraciətləri (ziyarətçi vizası, təhsil və iş vizası), o cümlədən Kanadanın Azərbaycanda yaşayan daimi rezidentlərindən yol sənədlərinə dair müraciətləri qəbul edir.

CVAC həmçinin viza müraciətlərini, pasportları muvafiq qərarla birlikdə möhürlənmiş zərfdə müraciətçilərə geri qaytarır, həmçinin, Kanada Viza İdarəsi adından müsahibələrin vaxtının təyin edilməsində köməklik göstərir.

Mərkəzlə +994 12 538 57 44 nömrəsi və ya [email protected] electron poçt ünvanı vasitəsilə əlaqə saxlamaq mümkündür.


Kanadaya gedənlər üçün Bakıda viza dəstəyi göstərən şirkət adresini dəyişdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Avropa İttifaqı dinc aksiya iştirakçılarına qarşı zorakılığı araşdırmağa çağırır
    Avropa İttifaqı rəsmi Bakını oktyabrın 19-da dinc mitinqin iştirakçılarına qarşı hədsiz polis zorakılığını araşdırmağa çağırır.
     21.10.2019
    Azərbaycana gələn turistlərin sayı 10%-ə yaxın artıb
    Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 191 ölkəsindən 2 418,3 min və ya ötən ilin eyni dövrü ilə müqayisədə 9,5% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
     21.10.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ