Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:8.04.2021 20:00:40

Üzü maskalı naməlum şəxs pnevmatik tapançadan məscidi atəşə tutub.

Az.shafaqna.com “Montreal CTV News”-a istinadən xəbər verir ki, Kanadanın Monreal şəhərinin polisi yerli məscidə qarşı törədilmiş nifrət zəminli cinayət faktı üzrə araşdırma aparır.

Belə ki, üzü maskalı naməlum şəxs pnevmatik tapançadan məscidi atəşə tutub.

“Maskalı şəxs məscidin pencələrini bir neçə dəfə pnevmatik tapançadan atəşə tutub. Caninin ardınca təqib olsa da, o, qaçaraq bizdən gizlənə bilib”, – deyə polisdən qeyd edilib.

Sosial şəbəkələrdə yayılan videoda görünür ki, həmin şəxs əlində tapança ilə məscidin yanında dayanaraq ona tərəf 11 dəfə atəş açıb və qaçıb.

Qeyd edək ki, ötən payız Monreal yaxınlığındakı bir neçə məscid vandalizm aktı və qarətə məruz qalıb.


Kanadada naməlum şəxs məscidi atəşə tutdu - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Rusiya Belarusa iki S-400 hava hücumundan müdafiə sistemi göndərib
    Rusiyanın hərbi təlimlər üçün Belarusa iki S-400 hava hücumundan müdafiə sistemi göndərdiyi bildirilir.
     21.01.2022
    Əlilliyi olan şəxslərin işlə təmin olunması məsələsi müzakirə edilib
    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində Azərbaycan Milli Abilimpiya Federasiyasının nümayəndələri ilə görüş olub.
     21.01.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ