EURO 1,8725 TRY 0,2943
USD 1,7 RUB 0,0265
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HADİSƏ

Kateqoriya : XƏBƏRLƏR

HADİSƏ

Yayınlanma tarixi:26.10.2019 23:21:28

Ştatın qubernatoru Qavin Nyusom fövqəladə vəziyyət elan edib

İslamazeri.com "VOA"ya istinadən xəbər verir ki, Kaliforniya rəsmiləri şənbə günü bildirib ki, “tarixi və ekstremal” küləklərin ştatın şimalında meşə yanğınlarını daha da artıracağı gözlənilir. Ərazidə minlərlə sakin elekstriksiz qalıb.

Ştatın qubernatoru Qavin Nyusom fövqəladə vəziyyət elan edib. Kinkeyd Yanğını çərşənbə günü Sonoma regionunda başlayandan bəri 9,591 hektarlıq əraziyə yayılıb.

Yanğın 50-dən çox strukturu dağıdıb və Geysersvil adlı kiçik icmanın evakuasiyasına səbəb olub.

Şənbə günü isti və sərt küləklərin başlayacağı və bazar ertəsinədək davam edəəcyi gözlənilir.

Ştatın ən böyük elektrik şirkəti Pacific Gas & Electric təhlükəsizlik səbəbilə 850 min müştərinin elektriyini kəsməyi planlaşdırdığını bildirib.

Kinkeyd Yanğınını 1300-ə yaxın yanğınsöndürən söndürməyə çalışıb. Kaliforniya Meşə və Qoruma Departamentinin məlumatına görə, yanğənın yalnız beş faizinin qarşısı alınıb.

Pacific Gas & Electric Sonoma Qraflığında bu həftə 28 min müştərinin elektriyinin kəsildiyinə baxmayaraq, yanğın başlayan zaman ərazidə bəzi yüksəkgərginlikli elektrik xətlərinin hələ də işlədiyini bildirəndən sonra şirkətlə bağlı təhqiqat başladılıb.

Ötən il Kaliforniyada baş verən ən tələfatlı yanğına da bənzər elektrik xətləri səbəb olmuşdu. Həmin yanğın nəticəsində 86 nəfər həyatını itirmişdi.


Kaliforniyada yanğın: milyonlarla insan elektriksiz qalıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda sosial şəbəkələrdə narkotik satan dəstə üzvü tutuldu
    Bakıda sosial şəbəkələrdə narkotik vasitə və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olan dəstənin üzvü saxlanılıb.
     13.11.2019
    Rusiyada erməni nasistinin xatirə lövhəsi qara boya ilə boyanıb
    Rusiyanın Armavir şəhərində faşist əlaltısı Qaregin Ter-Arutyunyana (Njde) qoyulan xatirə lövhəsi qara boya ilə boyanıb.
     13.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ