Əks halda Çeçenistan başçısı kimi, Əhməd Kadırovun oğlu kimi cavab tələb edəcəyi ilə xəbərdarlıq edib.

İslamazeri.com “Kommersant”-a istinadən xəbər verir ki, Çeçenistan başçısı Ramzan Kadırov Ukrayna prezidenti Vladimir Zelenskiyə onların arasındakı münaqişə barədə xatırladıb.
Kadırov Zelenskidən tələb edib ki, onun təhqir edən videoya görə “öz üzrünü təkrarlasın”, əks halda Çeçenistan başçısı kimi, Əhməd Kadırovun oğlu kimi cavab tələb edəcəyi ilə xəbərdarlıq edib.
“Mən bir zamanlar Zelenskini öz taqsırını etiraf etmiş, üzr istəmiş biri kimi tanıyırdım. Bu, kişiyə layiq hərəkət idi. Lakin indi nəyə görə, qəbul edilmiş üzrxahlıqdan sonra özünü bir şey kimi göstərmək, yaltaqlıq, hiyləgərlik, özünü yüksəltməyə çalışmaq nəyə gərəkdir? İndi isə siz, Ukrayna prezidentinin səlahiyyətlərini alaraq, hər dəfə üzrxahlığınız üçün yeni versiyalar icad edirsiniz. Siz öz mövqeyinizi qəti şəkildə müəyyən etməli və öz üzrxahlığınızı təsdiqləməli olacaqsınız”, - deyə o bildirib.
O, Ukrayna prezidentini “kişi olmağa, öz sözünü tutmağa və Böyük Rusiya ilə mehriban qonşu münasibətləri qurmağa” səsləyib.
Xatırladaq ki, Zelenskinin 2014-cü ildə “Çisto news” proqramında etdiyi çıxış münaqişəyə səbəb olmuşdu. Zelenski Kadırovun atası Əhməd Kadırov üçün ağladığı videonu nalayiq şəkildə şərh etmişdi.
Kadırovdan Ukrayna prezidentinə: Kişi ol, sözünü tut!