1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:01.08.2020 19:36:47

Kadırov ona Rusiya Qvardiyasının general-mayor rütbəsinin verilməsi haqda danışıb.

İslamazeri.com “Rossiya 24” telekanalına istinadən xəbər verir ki, Çeçenistan başçısı Ramzan Kadırov ona Rusiya Qvardiyasının general-mayor rütbəsinin verilməsi haqda danışıb.

“Mən telefonu götürdüm. Prezident deyir: “Oturmusan?”. Mən cavab verirəm: “Mən sizinlə danışan zaman farağat dururam”. O deyir: “(Farağat durmağın üçün) səbəb var”. Fərmanı oxudu və (məni) təbrik etdi”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, bundan sonra o, özünə və ətrafındakılara qarşı “daha çox sanksiya istəyəcək”.

Xatırladaq ki, ötən həftə terrorçuluqla mübarizəyə görə Kadırova general-mayor rütbəsi verilib.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti Kadırov və onun ailə üzvlərini “qara siyahıya” daxil edib. Buna cavab olaraq isə, Kadırov ABŞ dövlət katibi Mayk Pompeo və onun ailəsinə qarşı sanksiya tətbiq edib.


Kadırov: Mən bu şəxslə telefonla danışanda da farağat dururam...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan Ordusu düşmən mövqelərinə artilleriya zərbələri endirir - VİDEO
    Azərbaycan Ordusunun bölmələri düşmən mövqelərinə artilleriya zərbələri endirir.
     30.09.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ