1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:29.11.2019 09:33:28

Maltanın Baş naziri Jozef Muscat jurnalist Daphne Caruana Galizianın ölümünün araşdırılması üçün cümə günü gecə təcili hökumətin iclasını çağırıb.

İslamazeri.com "BBC"yə istinadən xəbər verir ki, Maltanın Baş naziri Jozef Muscat jurnalist Daphne Caruana Galizianın ölümünün araşdırılması üçün cümə günü gecə təcili hökumətin iclasını çağırıb.

Son günlərdə iki nazir Muskat hökumətindən istefa verib və aparat rəhbəri də polis tərəfindən saxlandıqdan sonra vəzifəsindən gedib. Baş nazirə də təzyiqlər artmaqda davam edir.

Maltanın Baş nazirinin müavini Chris Firn "France Press" ə müsahibəsində "vəziyyət çox ciddidir" deyib.

Agentliyin mənbələri deyirlər ki, kabinet çox güman ki, jurnalistin qətlinin təşkilində şübhəli bilinən Jorgen Fenech-in əfv olunması imkanlarını müzakirə edib.

Ötən həftə sonu iş adamı Jorgen Fenech saxlanılıb. O, Baş nazir administrasiyasının keçmiş rəhbəri Keyt Şhembrini jurnalistin qətlinin təşkilatçısı adlandırıb.

İttihamlardan sonra Chambrey vəzifəsini tərk edib. O, əvvəlcə saxlanılsa da, cümə gecəsi sərbəst buraxıldığı məlum olub. Polisdən bildiriblər ki, onu həbs etməyə əsas olmayıb.

Times of Malta qəzetinin verdiyi xəbərə görə, Fenechi də üç dəfə saxlayıb, daha sonra isə sərbəst buraxıblar. Baş nazir bunun polisə dindirmə üçün kifayət qədər vaxt vermək məqsədilə edildiyini söyləyib.

Jozef Muscat qətlin sifarişçisi haqqında danışacağı təqdirdə Fenechin cəzasını yüngülləşdirilməsi üçün ona mərhəmət göstərilə bilər. Bundan sonra Malta Parlamentinin qarşısında başlayan kütləvi etirazın iştirakçıları Baş nazirin istefasını tələb ediblər.

Jorgen Fenech Tumas şirkətlər qrupuna rəhbərlik edir və qaz elektrik stansiyasının tikintisini həyata keçirən Electrogas şirkətində direktor vəzifəsi daşıyır. Bu şirkət Malta səlahiyyətlilərindən qazlı elektrik stansiyasının tikintisi üçün milyonlarla dollarlıq güzəşt alıb.

Onu Dubaydakı "17 Black" şirkətinin rəhbəri adlandırırlar. Bu şirkətin adı 2016-cı ildə tirajlanmış onlarla məşhurun, o cümlədən bir neçə ölkənin prezidentlərinin çirkli pulların yuyulması ilə əlaqəsini aşkara çıxaran "Panama Sənədləri"ndə Panama şirkəti olan Mossack Fonseka sənədlərində əks olunub.

Daphne Caruana Galizia 2008-ci ildən bəri üzərində işlədiyi "Running commentary" adlı antikorrupsiya blogu ilə yaxşı tanınıb. O, "Panama Sənədləri"nin öyrənilməsi ilə də məşğul olub.

Galiziya müntəzəm olaraq ölüm təhdidləri alıb. Bloqunda haqqında yazdığı nüfuzlu siyasətçilərdən ona qarşı bir sıra məhkəmə iddiaları qaldırılıb.

Jurnalist 2017-ci ilin oktyabrında evinin yaxınlığında öldürülüb - onun maşınını partladıblar. Bu hadisə Maltanı şoka salıb və hakimiyyətin tənqid atəşinə tutulmasına səbəb olub.


Jurnalistə sui-qəsdlə bağlı fövqəladə iclas çağrılıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Əfqanıstanda terror aktı nəticəsində 5 Gürcüstan hərbçisi yaralandı
    Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edən Gürcüstanın 5 hərbçisi yaralanıb.
     11.12.2019
    İmişlidə piyadanın ölümü ilə nəticələnən avtoqəza
    İmişlidə avtomobilin vurduğu piyada dünyasını dəyişib.
     11.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ