Tramp məsələyə reaksiya verib.

İslamazeri.com-un “ParsToday”-ə istinadən verdiyi xəbərə əsasən, ABŞ prezidenti Donald Tramp jurnalist qadını zorlaması ilə bağlı ittihamları təkzib edib.
Tramp verdiyi reaksiyada bildirib ki, həyatı boyu heç vaxt bu qadını görməyib və həmin qadın, yəgin ki, özünün yeni kitabını satmağa çalışır, lakin o, həmin kitabı fantastik kitablar kateqoriyasında satmalıdır.
Xatırladaq ki, “Elle” qadın jurnalında fəaliyyət göstərən Elizabet Cin Kerol Donal Tramp cinsi zorakılıqda ittiham edib. O iddia edir ki, Tramp 1995-ci ilin sonu, 1996-cı ilin əvvəlində onu dəbdəbəli univermağa dəvət edib, geyinib-soyunma otağına tovlayaraq, onu oradaca zorlayıb.
Tramp bu xəbəri təkzib edərək qeyd edib ki, çox sayda qadın onu zorlamada ittiham edir.
Jurnalist qadından şok iddia: Tramp məni zorlayıb...