Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:30.12.2019 14:00:40

Realliq.info saytının rəhbəri İkram Rəhimov dekabrın 28-dən quru aclığa başlayıb

Realliq.info saytının rəhbəri İkram Rəhimov dekabrın 28-dən quru aclığa başlayıb. O həmin gün Penitensiar Xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb.

“İkram Rəhimov cəzaçəkmə müəssisəsində təzyiqlərə məruz qalıb. O təzyiqlərə son qoyulması, barəsində sifarişli məhkəmə qərarlarına etiraz olaraq aclıq edir,” jurnalistin ailəsindən Amerikanın Səsinə deyiblər.

Bununla yanaşı, Penitensira Xidməıt hələ jurnalistin aclıq aksiyasına başlaması ilə bağlı məlumata münasibət bildirməyib.

İkram Rəhimov 2018-ci il oktyabrın 26-da saxlanılıb, hədələmə yolu ilə pul tələb etməkdə ittiham olunub və həbs edilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, İkram Rəhimov tabeçiliyində olan şəxslərlə birlikdə `Realliq.info` və digər `reket` informasiya saytları yaradıb, həmin internet qəzetlərin jurnalistləri adı altında ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb dayandırılması müqabilində pul tələb etməsi və alması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması barədə daxil olmuş çoxsaylı şikayətlər Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb.

Məlumatda deyilir ki, məhkəmə qərarı əsasında aparılan əməliyyat tədbirləri ilə İkram Rəhimovun əlaqəsində olan şəxslərlə birgə göstərilən silsilə cinayət əməlləri müfəssəl qeydə alınıb.

2019-cu il iyunun 12-də məhkəmə Rəhimovu 5,5 il müddətinə azadlıqdan məhrum edib.

Jurnalist həbsini və barəsindəki məhkəmə qərarlarını sifarişli hesab edir. O buna etiraz olaraq həbsxanada dəfələrlə aclıq aksiyası keçirib.

Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə jurnalistin həbs müddətinin 5,5 ildən 3 ilə endirilməsi barədə qərar qəbul edib.

Dekabrın 18-də Ali Məhkəmə hakim Hafiz Nəsibovun sədrliyi ilə reallig.info saytının redaktoru İkram Rəhimovun bəraətlə bağlı kassasiya şikayətini təmin etməyib.

Çoxsaylı beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətini jurnalistin təqibinə son qoymağa və onu həbsdən dərhal azad etməyə çağırıb.

Öz növbəsində rəsmi Bakı ölkədə media azadlığının tam bərpa edildiyini, insanların baxışlarına görə təqib edilmədiyini bəyan edir. Hökumət rəsmiləri bütün insanların qanun qarşısında bərabər olduğunu, azad mətbuatın dəstəklənməsi üçün daim yardımlar edildiyini bildirir.

İkram Rəhimov prezidentin ictimai-siyasi məsələlər üzrə keçmiş köməkçisi Əli Həsənov barəsində kəskin tənqidi məqalələr dərc etməklə məşhurdur.

Rəhimov məhkəmədə 2018-ci ilin oktyabrında Həsənovu tənqid edən açıq məktubu dərc etdikdən bir neçə saat sonra saxlanıldığını bildirib. (amerikanınsəsi)


Jurnalist həbsxanada aclığa başlayıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İşsizlikdən sığorta ödənişi ilə bağlı gözləmə müddəti ləğv edilib
    İşsizlikdən sığorta ödənişi almaq hüququnun yoxlanılması üçün ilk olaraq “Məşğulluq” altsistemində (DOST Mərkəzlərinə və ya ərazi məşğulluq filiallarına müraciət etməklə) qeydiyyatdan keçmək tələb olunur.
     21.01.2022
    Sabaha gözlənilən HAVA PROQNOZU
    Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
     21.01.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ